GUAM ÖLKƏLƏRİNİN XARİCİ İŞLƏR NAZİRLƏRİ STRASBURQDA GÖRÜŞMÜŞLƏR
Görüş GUAM-ın mayın 22-23-də Kiyevdə keçiriləcək zirvə toplantısına hazırlıq prosesinə həsr olunmuşdur. Toplantıda GUAM-ın tamstatuslu beynəlxalq təşkilata çevrilməsi işini başa çatdırmaq nəzərdə tutulur.
Görüş zamanı GUAM ölkələri xarici siyasət idarələrinin başçıları zirvə toplantısında imzalanacaq sənədlərin siyahısını razılaşdırmış, qurumun regional beynəlxalq təşkilat kimi gələcək inkişafı, habelə üzv ölkələrin beynəlxalq təşkilatlarda tərəfdaşlığının möhkəmləndirilməsi yolları barədə fikir mübadiləsi aparmışlar.
Xarici işlər nazirləri GUAM ölkələrinin Avropa Şurası çərçivəsində qarşılıqlı fəaliyyətinin sürətləndirilməsi yollarının müzakirəsinə xüsusi diqqət yetirilmiş, beynəlxalq həyatın və regional əməkdaşlığın aktual məsələləri barədə də fikir mübadiləsi aparmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [16:28]
Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb
- 12.10.2026 [15:35]
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
- 12.10.2026 [13:46]
Kambocanın Baş naziri Zəfər parkını ziyarət edib
- 12.10.2026 [11:47]