Güclü külək Berlində ciddi fəsadlara səbəb olub, ölən və xəsarət alanlar var


Berlin, 24 iyun, AZƏRTAC
Berlində axşam saatlarında baş vermiş güclü külək və yağış ciddi fəsadlara səbəb olub.
AZƏRTAC “Tagesspiegel” qəzetinə istinadla xəbər verir ki, Berlinin Şpandau rayonunda ağacın aşması nəticəsində bir qadın ölüb. Şəhərin müxtəlif yerlərində ağacların insanların və nəqliyyat vasitələrinin üzərinə aşması nəticəsində bir neçə nəfər də xəsarət alıb.
Təxminən 1,5 saat ərzində Berlin şəhər yanğınsöndürmə xidməti 400-dən çox çağırışa cavab verib. Güclü tufanla əlaqədar saat 17:25-dən etibarən Berlindəki şəhərdaxili bütün 16 əsas elektrikli xətt üzrə qatarların hərəkəti dayandırılıb. Bu xətlər üzrə hərəkət axşam saat 21:30-dan etibarən mərhələli şəkildə bərpa olunub. Berlin-Hamburq dəmir yolu xətti də qısa müddətə bağlansa da, axşam saatlarında yenidən istifadəyə verilib.
Tufan gecə saatlarında zəifləyib.
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.07.2025 [11:58]
Ermənistanda deputat Qeqam Manukyanın oğlu saxlanılıb
- 10.07.2025 [11:57]
Qazaxıstan Prezidenti tariflərlə bağlı Donald Trampa məktub ünvanlayıb
- 10.07.2025 [11:47]
ÜMT: Sel və daşqınlar dünyada hər il 5 mindən çox insanın ölümünə səbəb olur
- 10.07.2025 [10:38]
Donald Tramp Braziliyaya 50 faizlik rüsumlar tətbiq edir
- 10.07.2025 [10:22]
Kiyevə dron və raketlərlə hücum edilib, ölənlər və xəsarət alanlar var VİDEO
- 10.07.2025 [08:14]
BMT: Dünyada hər il 12 milyon qız uşağı erkən evliliyə məcbur edilir
“UTair” aviaşirkətinin Gəncə–Moskva reysi təxirə salınıb
- 09.07.2025 [23:36]
2025-ci ilin ilk yarısında Türkiyədə 18 mindən çox zəlzələ olub
- 09.07.2025 [23:16]
“Zirə” yoxlama matçında Türkiyə klubuna qalib gəlib
- 09.07.2025 [21:37]
Babək Quliyevə UEFA-dan növbəti təyinat
- 09.07.2025 [21:21]
Çindən Orta Dəhliz vasitəsilə Avropaya daha bir qatar marşrutu açılıb
- 09.07.2025 [21:10]
Volodimir Zelenski Romada italiyalı həmkarı və Papa Leo ilə görüşüb
- 09.07.2025 [20:11]
Almaniya müdafiə xərclərini bir neçə il ərzində iki dəfədən çox artıracaq
- 09.07.2025 [19:34]
Albert Riera: "Sabah" klubuna hörmət edirik
- 09.07.2025 [19:24]
Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır
- 09.07.2025 [19:21]
Almaniyanın Silahlı Qüvvələrin büdcəsi 86 milyard avroya yüksəlib
- 09.07.2025 [18:45]
Sosial xidmət sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
- 09.07.2025 [18:38]
Saatlıda “Qərbi Azərbaycan irsi” kitabının təqdimat mərasimi keçirilib
- 09.07.2025 [18:30]