Güclü külək Gürcüstanda ciddi fəsadlar törədib
Tbilisi, 18 mart, AZƏRTAC
Güclü külək Gürcüstanın paytaxtı Tbilisidə və bölgələrində ciddi fəsadlar törədib.
AZƏRTAC xəbər verir ki, şəhərdə 15 binanın dam örtüyü uçub, ağacların aşması nəticəsində 10 avtomobilə, reklam lövhələri və işıqforlara ziyan dəyib.
Gürcüstanın bölgələrində evlərə və infrastruktura xeyli ziyan dəyib.
Azərbaycanlıların yığcam yaşadıqları Marneuli, Qardabani, Bolnisi, Dmanisi rayonlarında da evlərə, kənd təsərrüfatı sahələrinə və infrastruktura ciddi ziyan dəyib.
Təbiət hadisəsinin yaratdığı problemlərlə bağlı Fövqəladə Halların İdarə olunması Xidmətinə 100-ə yaxın müraciət daxil olub.
Gürcüstanda qeyri-sabit hava şəraitinin martın 19-u, günün ikinci yarısına qədər davam edəcəyi gözlənilir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]