Güclü külək Masallıda yanğına səbəb olmuşdur
Bakı, 17 mart (AZƏRTAC). Martın 17-də saat 15:30 radələrində Masallı bələdiyyəsinin Dadva ərazisində şəxsi evlərə məxsus həyətyanı sahədə yanğın hadisəsi baş vermişdir.
Ekologiya və Təbii Sərvərlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yanğına ərazidə əsən güclü külək səbəb olmuşdur.
Əraziyə Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları, eləcə də yerli ictimaiyyət cəlb edilmiş və onların səyi nəticəsində yanğın qısa müddətdə lokallaşdırılmış, alovun meşə sahəsinə yayılmasının qarşısı alınmışdır.
Ümumilikdə 0,2 hektar ərazini əhatə edən yanğın artıq söndürülmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]