Güclü leysan yağışları Tbilisinin bir neçə rayonunda problemlərə səbəb olub
Tbilisi, 21 iyul, AZƏRTAC
Güclü leysan yağışları Gürcüstanın paytaxtı Tbilisinin bir neçə rayonunda problemlərə səbəb olub. Bəzi ərazilərdə küçələri su basıb.
AZƏRTAC xəbər verir ki, leysan nəticəsində Diqomi massivi və Didi Diqomi ərazilərində küçələr su altında qalıb, Vazisubani qəsəbəsində isə su yaşayış binalarının zirzəmilərinə dolub.
Paytaxtın müxtəlif hissələrində yolların su altında qalması avtomobillərin hərəkətini çətinləşdirib.
Gürcüstanın Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, iyulun 20-dən 21-nə keçən gecə Tbilisi və ətraf ərazilərdə arabir yağış yağacağı, bəzi yerlərdə yağıntının intensiv olacağı gözlənilir.
Proqnoza əsasən, şimşək çaxması, dolu düşməsi və güclü külək ehtimalı var.
Agentlik xəbərdarlıq edib ki, güclü yağıntılar kiçik çaylarda qəfil daşqınlara, dağlıq və dağətəyi ərazilərdə isə sürüşmə və sel proseslərinin yaranmasına və ya aktivləşməsinə səbəb ola bilər.
Təhlükə səviyyəsi orta qiymətləndirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
- 20.09.2026 [12:29]
Mançester hava limanında uçuşlar zolaqdakı çuxura görə gecikib
- 20.09.2026 [12:29]
İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar
- 19.09.2026 [23:42]
Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub
- 19.09.2026 [23:25]
Mahaçqala hava limanında məhdudiyyətlər tətbiq olunub
- 19.09.2026 [23:00]
Media: Husilər Səudiyyə Ərəbistanına hücumlar təşkil ediblər
- 19.09.2026 [22:54]
Naxçıvanda “Velo Fest” velosiped festivalı
- 19.09.2026 [22:33]
Donald Tramp: Süni İntellekt Qüvvələri yaradıram
- 19.09.2026 [22:22]
Astarada yol qəzasında 4 nəfər xəsarət alıb, ata və oğulun vəziyyəti ağırdır
- 19.09.2026 [22:09]
Azərbaycanın xarici siyasətində Türk dünyası prioritet təşkil edir – ŞƏRH
- 19.09.2026 [21:53]