Güləş üzrə U-17 Azərbaycan çempionatının üçüncü gününün qalibləri müəyyənləşib
Bakı, 21 aprel, AZƏRTAC
Güləş üzrə U-17 Azərbaycan çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, FHN İdman Sağlamlıq Mərkəzində keçirilən yarışın üçüncü günündə - aprelin 21-də yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar və 45, 51, 60, 71 və 92 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşib.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Hüseyn Savadov (45 kq), Vədat Qasımlı (51 kq), Məhəmməd Qasımzadə (60 kq), Davud Məmmədov (71 kq) və Mikayıl İsmayılov (92 kq) qızıl medal qazanıblar.
Yarışa aprelin 22-də yekun vurulacaq.