Güləşçilərimiz Çeçenistanda keçirilən beynəlxalq turnirdə iki gümüş medal qazanıblar VİDEO
Bakı, 12 oktyabr, AZƏRTAC
Rusiya Federasiyası Çeçenistan Respublikasının paytaxtı Qroznıda “Ramzan Kadırov Kuboku” və “Adlan Varayev mükafatı” uğrunda keçirilən sərbəst güləş üzrə VII beynəlxalq turnirdə idmançılarımız iki gümüş medal qazanıblar.
Bu barədə AZƏRTAC-a Azərbaycan Güləş Federasiyasından bildiriblər.
Məşqçilər Arif Abdullayev və Siracuddin Eldarovun rəhbərliyi ilə turnirdə iştirak edən güləşçilərimizdən ikisi fəxri kürsüdə yer alıblar. Finalda Əhmədnəbi Qvarzatilov (61 kq) Rusiya təmsilçisi Əhməd Çakayevə, Məhəmməd Müslümov (65 kq) isə polşalı Məhəmmədmurad Hacıyevə məğlub olublar.
Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Elgün Məmmədov təmsil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]