Güləşçilərimiz Minskdə 4 medal qazanıblar
Bakı, 20 sentyabr, AZƏRTAC
Belarusun paytaxtı Minskdə yunan-Roma güləşi üzrə Oleq Karavaevin xatirə turniri yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, üçüncü yarış günündə yığmamız baş məşqçi Şaban Donat və məşqçi Rövşən Bayramovun rəhbərliyi altında daha iki medal qazanıb.
Murad Məmmədov (60 kq) finalda Rusiyanı təmsil edən erməni Artur Petrosyana qalib gələrək çempion olub. Finalda macarıstanlı Viktor Lorintsə məğlub olan İslam Abbasov (87 kq) gümüş medalla kifayətlənib.
Daha öncə turnirdə Taleh Məmmədov (63 kq) qızıl, Rafiq Hüseynov (82 kq) isə bürünc medal qazanıb. Beləliklə, Minskə 8 güləşçi ilə yollanan millimiz xatirə turnirində 4 medal (2 qızıl, 1 gümüş, 1 bürünc) əldə edib.
Qeyd edək ki, yarışın hakimləri sırasında həmyerlimiz Elman İsmayılov da olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]
Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 06.10.2026 [11:09]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinin təyinatları açıqlanıb
- 06.10.2026 [10:57]