“GÜNƏŞLİ” YATAĞINDA YENİ QUYU
Dövlət Neft Şirkətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Xəzərin Azərbaycan sektorunda ən böyük neft-qaz yataqlarından biri olan “Günəşli” strukturundakı 15-ci dərin dəniz platformasından 237 nömrəli quyunun qazılması başa çatmışdır. 3360 metr dərinliyində quyu “28 May” Neft Qaz Çıxarma İdarəsinin istismarına verilmişdir. Quyudan neftlə bərabər qaz kondensatı da çıxır. “Günəşli” yatağından ilin əvvəlindən bəri gündə orta hesabla 15 min 402 ton neft, 6,4 milyon kubmetr qaz çıxarılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [11:41]
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
- 07.10.2026 [11:37]
Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb
- 07.10.2026 [11:27]