Gürcüstan Azərbaycanlıları Konqresində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Tbilisi, 25 fevral, AZƏRTAC
Gürcüstan Azərbaycanlıları Konqresi (GAK) Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirib.
AZƏRTAC xəbər verir ki, Marneulidə keçirilən tədbirdə əvvəlcə Xocalı faciəsi qurbanlarının və şəhidlərin ruhu ehtiramla yad olunub.
Sonra GAK sədri Hüseyn Yusubov çıxış edərək Xocalı faciəsinin baş vermə səbəbləri, acı nəticələri, ermənilərin zaman-zaman azərbaycanlılara qarşı törətdikləri qanlı cinayətlər və terror aktları barədə ətraflı məlumat verib.
Sonra Gürcüstan parlamentinin sabiq deputatları Ramiz Bəkirov, Hidayət Hüseynov, gənclərdən Nərgiz Əliyeva, Əli Namazoğlu və başqaları çıxış edərək Xocalı faciəsi ilə bağlı fikirlərini bölüşüblər.
Çıxış edənlər, bütün sağlam qüvvələri “Xocalıya ədalət!” kampaniyasına qoşulmağa dəvət ediblər.
Sonra şagirdlər Xocalıya həsr olunmuş şeirlər söyləyib, bədii kompozisiya nümayiş etdiriblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi