GÜRCÜSTAN PREZİDENTİ MİXAİL SAAKAŞVİLİNİN AZƏRBAYCANA RƏSMİ SƏFƏRİ
AZƏRBAYCAN-GÜRCÜSTAN SƏNƏDLƏRİNİN İMZALANMASI MƏRASİMİ
Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixail Saakaşvili “Azərbaycan Respublikasının və Gürcüstanın birgə bəyannaməsi”ni imzaladılar.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Gürcüstanın Təhsil və Elm Nazirliyi arasında “Təhsil sahəsində əməkdaşlıq haqqında saziş”i Azərbaycanın təhsil naziri Misir Mərdanov, Gürcüstanın təhsil və elm naziri Koxaber Lamaya imzaladılar.
“Azərbaycan Respublikasının hökuməti ilə Gürcüstan hökuməti arasında informasiya sahəsində əməkdaşlıq haqqında saziş”i Azərbaycanın xarici işlər naziri Vilayət Quliyev, Gürcüstanın xarici işlər naziri Tedo Caparidze imzaladılar.
İmzalanma mərasimində Azərbaycan Prezidenti İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Qumberidze, Azərbaycanın Gürcüstandakı səfiri Hacan Hacıyev, nazirliklərin, komitələrin rəhbərləri, Gürcüstan nümayəndə heyətinin üzvləri iştirak edirdilər.