Azərbaycan Dövlət İnformasiya Agentliyi

GÜRCÜSTAN PREZİDENTİ MİXAİL SAAKAŞVİLİNİN AZƏRBAYCANA RƏSMİ SƏFƏRİ
GÜRCÜSTAN PREZİDENTİ MİXAİL SAAKAŞVİLİNİN BƏYANATI

Mən, öz tərəfimdən, İlham Heydəroviçə çox böyük təşəkkürümü bildirmək istəyirəm. Bir daha bildirirəm ki, bizim çox səmimi görüşümüz oldu. Əslində, bütün məsələlər barəsində sinxron və vahid mövqe var, bu isə bir daha təsdiq edir ki, Azərbaycanın simasında bizim, həqiqətən, sadəcə, dost və yaxşı qonşumuz deyil, həm də qardaş dövlətimiz var.Bu dostluq son illər insanların şüuruna yeridilmişdir - biz qardaşıq və ayrılmazıq. Mən “Azərbaycan sizin evinizdir” sözlərinə görə İlham Heydəroviçə çox minnətdaram, çünki bu, həqiqətən, ümumi evimizdir. Düşünürəm ki, belə sözləri elə-belə demirlər, heç yerdə dilə gətirmirlər. Biz dövlət münasibətlərindən, səmimi münasibətlərdən danışırıq.Əvvəla, biz bir-birimizlə inteqrasiya edəcəyik. Biz vahid tarix sistemi yaradacaq, vergi sistemimizi uyğunlaşdıracağıq, gömrük sədlərini, hüquqi sədləri ləğv edəcəyik ki, məsələn, Azərbaycanda qeydiyyata alınacaq müəssisələr avtomatik surətdə Gürcüstanda qeydiyyatdan keçmiş hesab olunsun və əksinə. Vətəndaşlarımız bir ölkədən digərinə gedərkən onlar əngəllərlə qarşılaşmasınlar. Bütün regional layihələr hər hansı maneələrlə rastlaşmasın. Ümidvaram ki, bu məkan bütün Cənubi Qafqazda genişlənəcəkdir. Bu, regionun Avropanın bir hissəsi olması üçün çox vacibdir.Biz Azərbaycanın Avropa birliyinə inteqrasiyası üçün bütün işləri görəcək və bu sahədə bir-birimizə kömək edəcəyik. Biz Amerika Birləşmiş Ştatları ilə tamhüquqlu tərəfdaşlıq münasibətlərinin olmasını istəyirik. Ölkələrimizin Rusiya ilə münasibətlərinin əhəmiyyətini xüsusi vurğulamaq istəyirəm. Məmnunluqla qeyd etmək istəyirəm ki, Azərbaycanın Rusiya ilə çox səmimi və yaxın münasibətləri var. Biz Rusiya Prezidenti Vladimir Putinlə bu barədə söhbət etdik. Prezident Putinlə bizim də yaxşı şəxsi münasibətlərimiz yaranır və mən bunu yüksək qiymətləndirirəm, dövlətlərarası münasibətlər də təşəkkül tapır. Təbii ki, bu illər ərzində yaranmış bütün problemləri bir gündə həll etmək olmaz. Rusiya hər iki dövlət üçün çox mühüm tərəfdaşdır. Bu məsələdə fikirlərimiz oxşardır. Biz bu məsələni də müzakirə etdik. Prezident Putin haqqında və şəxsən onun baxışları barədə çox yaxşı fikirdəyik. Çox ümid edirik ki, onun bütün siyasəti həyata keçiriləcək və Rusiya bütün regionun mühüm, tamhüquqlu tərəfdaşı olacaqdır. Bu, çox vacibdir.Zənnimcə, biz fəaliyyətimizi bu istiqamətdə də əlaqələndirməliyik. Bizim konkret iqtisadi layihələrimiz var. Münasibətlərimiz indiyədək də səmimi idi və neft kəmərinə əsaslanmışdır. İndi biz, ilk növbədə, çalışmalıyıq ki, yolumuzda hər hansı maneə olsa da, - bunlar olacaqdır, bu barədə məlumat almışam, - layihə həyata keçirilməlidir. Bu layihə Gürcüstan üçün həyati məsələdir. Biz bu layihəni axıradək gerçəkləşdirəcəyik. Bu, çox mühüm, prinsipial məsələdir. Biz qaz kəməri layihəsini də axıra çatdıracağıq. Çünki qaz kəməri energetika təhlükəsizliyi üçün, bütün regionun müstəqilliyi üçün əlavə təminatlar verəcəkdir. Biz bu layihələrə təkcə dövlətlərimizin deyil, Qazaxıstanın və digər ölkələrin də qoşulacağına ümid edirik. Çünki bu regional əməkdaşlıqdan onlar da fayda götürməlidirlər. Bu layihələrin çoxtərəfli xarakter alması üçün Rusiyanın da onlara qoşulmasına tərəfdarıq. Mən bir daha vurğulamaq istəyirəm ki, bu layihələr ölkələrimizin energetika müstəqilliyi üçün çox böyük əhəmiyyətə malikdir. Kimin tərəfindən olursa-olsun, təzyiq göstərilməsinin mümkünlüyü ilə bağlı hər cür riski rədd edirik. Lakin münasibətlərimizi neft kəmərinin hüdudlarından kənara çıxarmaq çox vacibdir. Münasibətlərimiz yalnız bu sahədə əməkdaşlıqdan daha geniş olmalıdır. İnkişaf səviyyəsinə, iqtisadi mentalitetinə görə biz oxşar ölkələrik. Bütün bunların müxtəlif iqtisadi sahələrdə konkret layihələrə çevrilməsi çox vacibdir. Bu mənada Azərbaycan Gürcüstan üçün, gürcü mallarının getdikcə artan bazarı üçün çox böyük maraq doğuran bir ölkədir və əksinə. Konkret layihələr var və biz onlara prezidentlər səviyyəsində lobbilik edəcəyik. Bütün bunlar vətəndaşlarımızın həyat səviyyəsinə təsir göstərəcəkdir. Siz doğru dediniz ki, bir-birinə kömək göstərmədən vətəndaşlarımızın həyat səviyyəsini yüksəltmək çətin olacaqdır. Biz bildirdik ki, indi Gürcüstanda pensiya 11 dollara çatdırılacaqdır, Azərbaycanda isə 20 dollardır. Əlbəttə, bu, çox azdır. Əmək haqqı da artacaqdır. Lakin əmək haqqı azdır, odur ki, hər şey regionun potensialından asılı olacaqdır. Zənnimcə, potensial indikindən çox-çox genişdir. Biz çalışmalıyıq ki, Azərbaycanda hər hansı iqtisadi fəallıq Gürcüstanda iqtisadi fəallıq doğursun və əksinə. Bu, bizim yeni mövqeyimizdir. Rəhbərliyə liderlərin yeni nəsli, yeni enerji, yeni qüvvə gəlmişdir. Bir daha nəzərə çarpdırmaq istəyirəm ki, Azərbaycanın yeni Prezidentinin baxışlarının və təfəkkürünün miqyası məni heyran etdi. Düşünürəm ki, Azərbaycanın bəxti çox gətirmişdir. Çünki siz nəinki, sadəcə olaraq, regional liderə, həm də beynəlxalq miqyaslı liderə maliksiniz. Mənim müqayisə etmək üçün kifayət qədər təcrübəm var. Siz hər şeyi təkcə öz ölkəsinin mövqeyindən deyil, həm də bütün region, Avropa birliyi miqyasında görən və əlbəttə ki, öz ölkəsinin mənafelərini qoruyan liderə maliksiniz. Bu, məni çox sevindirir. Ona görə ki, meydana çıxan xırda-para məsələlər dərhal həll edilir. Eyni zamanda, biz Gürcüstanın azərbaycanlı əhalisinin ölkənin siyasi və iqtisadi həyatına inteqrasiyasının tərəfdarıyıq. Çox vacibdir ki, onlar öz ənənələrini və mədəniyyətini qoruyub saxlamaqla yanaşı, gürcü dilini öyrənsinlər, Gürcüstanın da, bizim qardaşlığımızın da daha güclü olması üçün cəmiyyətimizin tamhüquqlu üzvünə çevrilsinlər. Biz çoxmillətli, inteqrasiya olunmuş, güclü Gürcüstanın tərəfdarıyıq. Bu, bizim dövlətimizin sərvətidir. Biz istəyirik ki, güclü Gürcüstan qarşısında duran bütün vəzifələri həll etsin. Uğurumuzun alternativi yoxdur. Bizim uğurlu inkişafımızın alternativi yoxdur. Bizim qardaşlığımızın və əməkdaşlığımızın da alternativi yoxdur. Bu mənada biz hamıya minnətdarıq. Biz istəyirik ki, bu, bütün Cənubi Qafqaz regionunu əhatə etsin. İstəyirik ki, bu regionda sülh olsun, biz məsələlərin zor gücünə həllinə tərəfdar deyilik. Lakin eyni zamanda, biz dövlətçiliyimizi gücləndirəcəyik və möhkəmləndirəcəyik. Biz Türkiyə ilə əməkdaşlığımızı da çox qiymətləndiririk. Bu ölkə bizə çox kömək edir. Türkiyə bizim çox mühüm dostumuz və müttəfiqimizdir. Bu ölkə ilə münasibətlərimiz praqmatik məna daşımır, biz əbədi dostuq. Gürcüstan bütün Cənubi Qafqazda, Ermənistanla münasibətlərdə sülhməramlı rol oynamağa hazırdır. Rusiya ilə münasibətlərdə də birgə əməkdaşlığa ümid bəsləyirik. Mənə Bakıda olmaq çox xoşdur. Bu gün bizi hərarətlə qarşılayan təkcə hava deyildi. Mən küçələrdə dayanan və bizi salamlayan insanlara təşəkkür etmək istəyirəm. Bu, keçmiş vaxtlar deyil ki, insanları hansısa qonaqları salamlamaq üçün küçələrə çıxarsınlar. Bu, ürəkdən, qəlbdən gəlirdi. Mən buraya Azərbaycan üçün hüznlü günlərdə də gəlmişdim, onda ölkənin bütün vətəndaşları dünya miqyaslı, çox böyük dövlət xadimi Heydər Əliyevi son mənzilə yola salırdılar. O zaman mən Bakının küçələri ilə gedərkən azərbaycanlıların prezident nümayəndə heyətinin hər bir üzvünə mehriban və səmimi münasibətinə heyran qaldım. Bunu mən bu gün də hiss etdim. İnsanlar özləri küçələrə çıxmışdılar, təbii ki, iş vaxtı idi və onlar bizi salamlayırdılar. Bu, bir insan kimi mənə çox xoş idi. Gürcüstan televiziyası da burada idi və Gürcüstan Prezidentinin Bakıda necə səmimiyyətlə qarşılandığını yəqin ki, çəkmişdir. Düşünürəm ki, heç bir gürcü ailəsi buna laqeyd qalmayacaqdır. Zənnimcə, bu, iki ölkə prezidentləri arasındakı münasibətlərdən də artıqdır. Belə münasibət bir gündə yaranmır. Düzgün siyasət aparılarsa, bunları yüz ilə də məhv etmək olmaz. Mən buraya bütün Azərbaycan hökuməti ilə tanış olmaq üçün gəlmişəm və biz buna nail olduq. Mən buraya dost qazanmaq üçün gəlmişəm. Düşünürəm ki, mən dost deyil, qardaş qazandım, bu isə daha mühümdür. Çünki dostdan küsmək olar, qardaşla isə normal ailələrdə belə şeylər baş vermir. Düşünürəm ki, bu münasibətlər bizi salamlayan bütün insanlara sirayət edəcəkdir. Gürcüstanda da İlham Əliyevə bu cür münasibət bəsləyirlər. İnsanların Heydər Əliyevə haqlı olaraq necə münasibət bəslədikləri, ona necə hörmət etdikləri yadımdadır. Biz Bakıda son zamanlar aparılan tikinti işlərinin nəticələrini görürük. Mən burada baş verənlərə yaxşı mənada qibtə edirəm. Biz Gürcüstanda da belə tikinti işləri aparmaq, belə tərəqqiyə nail olmaq istəyirik. İstəyirik ki, insanlarımız belə nikbin olsunlar, gələcəyə böyük inamla baxsınlar, ümidsizlikdən, təsərrüfatsızlıqdan, intizamsızlıqdan danışmasınlar. Biz də demokratik dövlət çərçivəsində iqtisadi sabitliyə, nizam-intizama nail olmaq istəyirik. Təbii ki, biz çox şeyi Azərbaycandan öyrənmək istəyirik. Hər gəlişimizdə Bakının daha da gözəlləşdiyini görürük. Bilirəm ki, ölkənin bölgələri də inkişaf edir. Biz buna çox şadıq, çox sağ olun. Düşünürəm ki, bu gün çox yaxşı gündür. Sabah buradan yaxşı əhval-ruhiyyə ilə gedəcəyik. X X X Sonra prezidentlər jurnalistlərin suallarına cavab verdilər. SUAL: Cənab Əliyev, Prezident Mixail Saakaşvilinin Gürcüstanla Azərbaycan arasında sərhədlərin iki il ərzində açılması ilə bağlı bəyanatı barədə fikrinizi bilmək istərdim. Sonra, Abxaziyada və Qarabağda münaqişələrin nizama salınması yolunu nədə görürsünüz? İLHAM ƏLİYEV: Biz hörmətli Mixail Nikolayeviçlə iqtisadi əməkdaşlığa dair bir çox məsələləri müzakirə etdik və belə bir yekdil fikrə gəldik ki, qarşılıqlı surətdə faydalı ticarət-iqtisadi əlaqələri inkişaf etdirmək üçün böyük potensial vardır. Təbiidir ki, bütün bu illər ərzində bizim iqtisadi münasibətlərimizdə Gürcüstan və Azərbaycan üçün həyati əhəmiyyətli məsələlər, xüsusilə Xəzər dənizinin enerji ehtiyatlarının nəql olunmasının əlaqələndirilməsi məsələləri üstünlük təşkil etmişdir. Çünki bu, təkcə iqtisadi cəhətdən deyil, həm də regionda təhlükəsizliyin möhkəmlənməsi baxımından ölkələrimiz üçün qlobal xarakterli öncül məsələdir. Bununla yanaşı, iş elə gətirmişdir ki, energetika sektoru çərçivəsindən kənarda iqtisadi əməkdaşlıq məsələləri bir qədər kölgədə qalmış və arxa plana keçmişdir. Bəlkə də, bunun bir əsası vardır, çünki bütün səylər məhz Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan boru kəmərləri məsələsinin irəliləməsinə yönəldilmişdi. Bu boru kəmərləri layihələri çox ağır şəraitdə, bəzən ağır nəticələr verə biləcək mütəmadi hədə-qorxu və təzyiqlərin müşayiəti ilə həyata keçirilmişdir. Boru kəmərləri ilə bağlı məsələlərin öz həllini tapdığı və həyata keçirildiyi indiki şəraitdə isə, əlbəttə, yeni problemlər, yəni ticarət-iqtisadi münasibətlərimizin tarazlaşdırılması məsələləri meydana çıxır. Bu baxımdan biz aydın başa düşürük ki, Gürcüstan və Azərbaycan iqtisadi cəhətdən çox fəal surətdə inteqrasiya etməlidir. Mən Gürcüstan Prezidentinin belə bir fikri ilə tam razıyam ki, Avropa ölkələri arasında iqtisadi sərhədlərin aradan götürüldüyü, vahid iqtisadi məkan yaradıldığı və artıq yarandığı bir vaxtda, əlbəttə, bütün tarixi, mədəni, iqtisadi, siyasi amillər nəzərə alınmaqla, şübhə etmirəm ki, yaxın gələcəkdə ölkələrimizin daha fəal iqtisadi əməkdaşlığına bəzən mane olan bütün əngəllər – gömrük sədləri və digər sədlər aradan qaldırıla bilər. Bu mənada, söylənən fikirlə şərikəm və düşünürəm ki, birgə səylərlə buna nail olacağıq. Biz, hər iki prezident məsul işçilərə, nazirlərə müvafiq göstərişlər vermişik və onlar bu məsələ üzərində işləyəcəklər. Mən dedim ki, Dağlıq Qarabağda, Abxaziyada və digər yerlərdə yaranmış separatçılıq, təcavüzkar separatçılıq Gürcüstanın və Azərbaycanın ərazi bütövlüyünü pozmuşdur və bu, bizim ümumi problemimiz, ümumi ağrımızdır. Bu problemlər bizi daha çox yaxınlaşdırır, çünki biz heç kimin ərazisinə göz dikməmişik, digər qonşularımızdan fərqli olaraq, heç kimə qarşı ərazi iddiası irəli sürmürük. Bizim yeganə tələbimiz odur ki, ölkələrimizin ərazi bütövlüyü bərpa edilsin, işğal olunmuş ərazilər azad olunsun, işğalçı qoşunlar bu ərazilərdən çıxarılsınlar. Çünki XXI əsrdə cəngəlliklər qanunu ilə yaşamaq, digər ölkələrin ərazilərini işğal etmək olmaz, həm Gürcüstanda, həm də Azərbaycanda yüz minlərlə qaçqının bu gün dünyada gedən qlobal proseslər anlayışına tamamilə uyğun gəlməyən hansısa qüvvələrin təcavüzkar, ekspansionist, işğalçılıq, separatçılıq fəaliyyəti üzündən ağır şəraitdə yaşamasına yol vermək olmaz. Beynəlxalq hüquq Gürcüstanın və Azərbaycanın tərəfindədir, ədalət Gürcüstanın və Azərbaycanın tərəfindədir. Bütün regionda qeyri-sabitlik yaradan qüvvələr bunu nə qədər tez anlasalar, bir o qədər yaxşı olar. Gürcüstanın və Azərbaycanın ərazi bütövlüyü gec-tez bərpa ediləcəkdir. Biz bunun dinc yolla baş verməsini istəyirik. Mən əminəm ki, əgər bütövlükdə regionda, eləcə də vasitəçilik mandatı olan ölkələr arasında belə anlaşma olarsa, məsələ yaxın vaxtlarda öz ədalətli həllini tapa bilər. Biz bu məsələdə bir-birimizə kömək edəcək, bir-birimizi dəstəkləyəcəyik. Azərbaycan bütün beynəlxalq forumlarda Gürcüstanın ərazi bütövlüyünün bərpa edilməsinə birmənalı şəkildə tərəfdar çıxmışdır və çıxacaqdır. Gürcüstan rəhbərliyi tərəfindən də bu cür yanaşmanı görmək bizə çox xoşdur.SUAL: Cənab Saakaşvili, Siz dediniz ki, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin təhlükəsizliyini təmin etmək məsələsinin böyük siyasi və iqtisadi əhəmiyyəti var. Bununla əlaqədar, Cavaxetiyadakı son hadisələr, xüsusilə yerli əhalinin muxtariyyətlə bağlı tələbləri narahatlıq doğurur. Gürcüstan həmin ərazidə boru kəmərinin təhlükəsizliyinin təmin edilməsi üçün hansı tədbirləri görür və Siz müəyyən qüvvələrin boru amilindən həm Gürcüstana, həm də Azərbaycana siyasi təzyiq vasitəsi kimi istifadə etməmələri üçün nə kimi işlər görəcəksiniz? MİXAİL SAAKAŞVİLİ: İlk növbədə, onu demək istəyirəm ki, neft kəməri bizim üçün çox prinsipial məsələdir. Təhlükəsizliyin texniki təminatı məsələsinə gəldikdə isə, biz buna intensiv hazırlaşırıq. Neft kəmərinin mühafizəsini şəxsən Prezidentə tabe olan, onu və digər vəzifəli şəxsləri mühafizə edən Gürcüstanın xüsusi mühafizə xidməti təmin edir. Lakin biz, eyni zamanda, Qərbin xüsusi xidmət idarələri ilə də bu sahədə əməkdaşlıq edirik və qüvvələrimizin təlimi, təchizatı və hazırlığı sahəsində Birləşmiş Ştatlardan da yardım almaq niyyətindəyik. Biz öz qüvvələrimizlə təhlükəsizliyi təmin edəcəyik, bu sahədə amerikalılarla yaxşı əməkdaşlıq təcrübəmiz var. Mən Vaşinqtona səfərim zamanı bu məsələni çox ətraflı müzakirə etmişəm. Siyasi məsələlərə gəldikdə isə, təbiidir, mən də gözləyirəm ki, təxminən bir-iki aydan sonra, - belə informasiya artıq var, - əsasən, bizim ölkələrdən olmayan bəzi siyasi qüvvələr ekoloji problem pərdəsi altında neft kəmərinin, əslində, baş tutmaması və ya inşasının bir-iki il dayandırılması məqsədi ilə onun tikintisinin qarşısını almağa cəhd göstərəcək, marşrutun kəskin surətdə dəyişdirilməsi barədə danışacaqlar. Mən hazırda bu məsələləri planlaşdıran adamlara bəri başdan demək istəyirəm ki, buna yol verməyəcəyəm və biz konsorsiumla intensiv danışıqlar aparacağıq. Orada həll olunası ekoloji mülahizələr var, bəzi düzəlişlər etmək lazımdır. Lakin bütün bunlar tikintiyə mane olmamalı, neft kəmərinin tammiqyaslı istismarının başlanması müddətinə təsir göstərməməlidir. Bu, çox vacibdir. Biz normal narahatlıq doğuran məsələlər barədə danışacağıq. Lakin mən demək istəyirəm ki, Qara dənizin dibi ilə Rusiyadan Türkiyəyə çəkilən qaz kəməri layihəsi daha təhlükəli idi. Bu layihə bizdə şübhə doğururdu, çünki, əslində, bu layihə texniki cəhətdən, həqiqətən, çox təhlükəli idi, lakin bu barədə heç kim bir kəlmə danışmadı. Söhbət bizim layihədən gedəndə, nə üçünsə, hamı, o cümlədən bəzi Gürcüstan təşkilatları səslərini qaldırır. Bizimkilərin bəziləri məsələni düzgün qoyur, bəziləri isə xaricin diktəsi ilə yanaşır. Erməni əhalimizlə münasibətlərimizə gəldikdə isə, Gürcüstanın Ermənistanla münasibətləri yaxşıdır. Düşünürəm ki, Ermənistan Gürcüstanda sabitliyin olmasının əhəmiyyətini çox yaxşı başa düşür və bunda maraqlıdır. Bu mənada heç bir problem yoxdur. Mən Yerevana getməyi və Prezident Koçaryanla görüşməyi planlaşdırıram. Biz bu münasibətləri inkişaf etdirəcəyik. Gürcüstanın erməni əhalisi ilə münasibətlərimiz çox yaxşıdır, onlar Gürcüstan cəmiyyətinin tam hüquqlu üzvləridir. Gürcüstanda yaşayan ermənilər və azərbaycanlılar arasında da normal, yaxşı münasibətlər vardır, bu baxımdan problem yoxdur və olmayacaqdır. Gürcüstan ərazisinin hansısa hissəsinin statusunun dəyişdirilməsi məsələsi Gürcüstan əhalisinin tələbi deyil, bu, həm Azərbaycana, həm Gürcüstana, deyərdim ki, həm də Ermənistana bədxah münasibət bəsləyən xarici mərkəzlərin eyhamları və müxtəlif tələbləridir. Çünki, onlar vəziyyəti gərginləşdirmək, problem yaratmaq üçün Ermənistanın da mənafelərinə qarşı çıxacaqlar. Hazırda Gürcüstan rəhbərliyi ölkədə hakimiyyəti birləşdirir, qayda-qanun yaradır. Biz, eyni zamanda, hakimiyyətin mərkəzləşdirilməsini ləğv edəcəyik ki, bir sıra məsələlər yerlərdə həll olunsun. Lakin biz bunları hansısa pozucu ünsürlərin sifarişi ilə etməyəcəyik. Əgər onlar bununla məşğul olsalar, layiqli cavab alacaqlar. Biz bir, yaxud yarım il bundan əvvəlki Gürcüstan deyilik. Bu, daha möhkəm, əhalisi, o cümlədən erməni və azərbaycanlı əhalisi tərəfindən daha çox dəstəklənən tamamilə yeni hakimiyyət strukturudur. Düşünürəm ki, heç kim bizim üçün belə problem yarada bilməz. Bütün dünyada, o cümlədən Qərbdə, ABŞ-da Gürcüstanda sabitliyin yaranmasında marağı olan qüvvələr vardır. Prezident Putinlə görüşümdən sonra onun bu regionda sabitliyin Rusiyanın mənafeləri üçün də vacib olduğunu gözəl anladığına əmin oldum. Rusiyanın bir çox keçmiş rəhbərlərindən və hansısa daha aşağı səviyyəli vəzifəli şəxslərindən fərqli olaraq, Rusiya Prezidenti özü gözəl başa düşür ki, regionda sabitliyin pozulması onların mənafeyinə uyğun deyildir.Bu baxımdan o, mənə çox xoş təsir bağışladı. Zənnimcə, qalan xırda hədə-qorxuların və kiçik şantajçıların öhdəsindən gələcəyik və heç bir kəskin dəyişiklik baş verməyəcəkdir. SUAL: Sizin, iki cavan prezidentin və artıq iki qardaşın siyasəti necə olacaq, münasibətlərinizdə öncül istiqamət nədən ibarət olacaq? Yerli mətbuat yazırdı ki, siz bir-birinizə çox oxşayırsınız. Aranızda hansı oxşarlığı tapmısınız? İLHAM ƏLİYEV: Bu suala görə sizə təşəkkür edirəm. Əlbəttə, ayrı-ayrı istiqamətlərdə hansı siyasət yeridiləcəyindən danışsaq bu, çox vaxt alar. Düşünürəm ki, Azərbaycanda da, Gürcüstanda da yeni rəhbərlik dəqiq başa düşür ki, həm həyata keçirilən, həm də həyata keçiriləcək siyasətin əsasını xalqlarımızın yaxşı yaşamasına, ölkələrimizin daha güclü olmasına, Gürcüstanın və Azərbaycanın coğrafi-siyasi əhəmiyyətinin ildən-ilə artmasına xidmət təşkil etməlidir. Mən hesab edirəm ki, bunun üçün çox yaxşı potensial və çox yaxşı imkanlar vardır və bu, həm ikitərəfli, həm də regional xarakterli məsələlərdə, dünyada baş verən hadisələrə münasibətdə qarşılıqlı fəaliyyətin nə dərəcədə sıx olmasından asılı olacaqdır. Mən artıq dedim ki, bütün bu məsələlərdə mövqelərimiz tam üst-üstə düşür, dünya işlərində ölkələrimizin rolu və yeri də bundan asılı olacaqdır. Bu gün belə deməyə tam əsas vardır ki, Gürcüstan və Azərbaycan regional planda olduqca möhkəm mövqelərə malikdirlər. Heç bir regional, mühüm layihə ölkələrimizin iştirakı olmadan həyata keçirilə bilməz və mən hesab edirəm ki, bu, daxili siyasət məsələlərinin həllinə də kömək edəcək mühüm amildir. Bu gün həm Gürcüstanda, həm də Azərbaycanda tam ictimai-siyasi sabitlik bərqərar olmuşdur. Gürcüstanda da, Azərbaycanda da əhali dövlət rəhbərlərini tam dəstəkləyir. Gürcüstanda da, Azərbaycanda da yeni rəhbərliyi seçmiş insanlar yeni rəhbərlərə böyük ümidlər bəsləyirlər və mən hesab edirəm ki, bizim əsas birgə vəzifəmiz onların ümidini doğrultmaqdır. Gürcüstanda və Azərbaycanda hadisələrin inkişafı belə deməyə əsas verir ki, fəaliyyətimizi qiymətləndirmək vaxtı gələndə insanlar məyus olmayacaqlar.Oxşarlığımız ondadır ki, bizim hər ikimizdə ölkələrimizi daha güclü etmək arzusu var, bizdə Vətənə böyük məhəbbət və bağlılıq var. Bunsuz nəyəsə nail olmaq mümkün deyildir. Ona görə də mən bütün bu planların həyata keçirilməsində özümə də uğurlar arzulayıram və hörmətli Mixail Nikolayeviçə də bir o qədər uğurlar arzulayıram. Əminəm ki, bu uğurlar olacaqdır. Bundan əlavə, bizi yəqin ki, ümumi dünyagörüşü, böyüyüb başa çatdığımız, formalaşdığımız ümumi mühit də birləşdirir. Yəqin ki, bizim çox da böyük olmayan həyat yolumuzda ümumi mərhələlər də var. Bildiyimə görə, Mixail Nikolayeviç parlamentə mənim Milli Məclisə deputat seçildiyim ildə, 1995-ci ildə deputat seçilmişdir. Biz hər ikimiz Avropa Şurasında nümayəndə heyətlərimizə başçılıq etmişik, eyni peşə sahibi – beynəlxalq məsələlər üzrə mütəxəssisik. MİXAİL SAAKAŞVİLİ: Amma Siz bilirsiniz ki, bir vaxtlar, Eduard Amvrosiyeviçin dövründə Sizi Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutundan getməyə məcbur etmişlər, məni isə oraya, ümumiyyətlə, qəbul etmədilər. İLHAM ƏLİYEV: Yəqin ki, Avropa Şurasında nümayəndə heyətlərinin rəhbərləri arasında prezident olanlar o qədər də çox deyildir. Bizi cavanlıq, fəallıq birləşdirir. O ki qaldı zahiri oxşarlığa, görünür, bu da var. Bir sözlə, düşünürəm ki, bizi bu amillər birləşdirmişdir. Biz o qədər də tez-tez görüşmürdük, lakin bir-birimizin barəsində eşidirdik, qiyabi olaraq böyük hörmət hissi bəsləyirdik, ümumi tanışlarımız var. Bu gün belə sıx ünsiyyətdə olmağımız mənim üçün çox fərəhlidir. Mixail Nikolayeviç savadlı Prezidentdir, regional məsələlərə bələddir, dünya miqyaslı məsələlərdən baş çıxarır, dünyada böyük nüfuzu var. Ölkəyə Mixail Saakaşvilinin başçılıq etməsi çox mühüm amildir, o, Gürcüstan cəmiyyətinə, gürcü xalqına böyük fayda gətirəcəkdir. Mən Gürcüstan Prezidentinə və özümə uğurlar arzulamaq istəyirəm. Görünür, bizi hələ çox müqayisə edəcəklər, çünki biz, əslində, eyni bir vaxtda seçilmişik və ölkələrimiz qonşudur, problemlərimiz də, çətinliklərimiz də eynidir. Ona görə də biz həmişə, necə deyərlər, bir-birimizə tən gəlməliyik. Əgər kimsə geri qalsa, digəri kömək etməlidir. Bu, böyük səmərə ilə işləməkdən ötrü bizim üçün çox yaxşı stimul olacaqdır. Ən başlıcası isə, əl-ələ, çiyin-çiyinə işləmək lazımdır, xalqlarımız yalnız bu halda xoşbəxt olar və inkişaf edər.MİXAİL SAAKAŞVİLİ: Mən onun səmimi nitqinə xüsusi diqqət yetirmək istəyirəm. Mən bunu yüksək qiymətləndirirəm, çoxdandır ki, mənim barəmdə hətta valideynlərim də belə mehribanlıqla danışmayıblar. Bu fikri xüsusi nəzərə çarpdırmaq istəyirəm ki, bizi Vətənə fanatik məhəbbət birləşdirir. Möhkəm münasibətlər yaradılması üçün bu, çox vacibdir. Başqa ölkəyə hörmət etmək və onu sevmək üçün, ilk növbədə, öz ölkəni sevməlisən, öz ölkənin vətənpərvəri olmalısan. Əminəm ki, Azərbaycanın hər hansı vətənpərvəri həm də Gürcüstanın dostudur. Əksinə, mənşəcə istər gürcü olsun, istərsə də azərbaycanlı olsun, fərqi yoxdur, Gürcüstanı sevən hər bir kəs həm də Azərbaycanın dostudur. Bizi birləşdirən ən başlıcası budur. Düşünürəm ki, Azərbaycanın Prezidenti öz Vətəninin görkəmli vətənpərvəridir. Buna görə də o, bizim münasibətlərimizin vətənpərvəridir. SUAL: Siz öz bəyanatlarınızda Gürcüstanın əvvəlki rəhbərliyini haqlı olaraq tənqid etmisiniz. Etiraf etmisiniz ki, Gürcüstanın azərbaycanlı əhalisini yalnız səsvermə zamanı xatırlayırlar. Ümumiyyətlə, azərbaycanlılar ictimai-siyasi və mədəni həyata kifayət qədər fəal cəlb edilmirlər, xüsusən də söhbət hakimiyyət strukturlarında işə cəlb olunmaqdan gedəndə. Siz bu istiqamətdə işinizi necə planlaşdırırsınız? MİXAİL SAAKAŞVİLİ : Demək istəyrəm ki, öz rəyimi, həqiqətən, dəyişməmişəm. Əlbəttə, Sizə söz verə bilmərəm ki, seçkilər zamanı azərbaycanlı əhalini unudacağıq. Bizdə indi də seçkiqabağı kampaniya gedir. Təbii ki, biz onları unutmuruq. Lakin, başlıcası, onları seçkilərdən sonra unutmamaqdır. Məsələnin mahiyyəti bundan ibarətdir. Bu məsələ ilk baxışdan çox sadə görünsə də, böyük diqqət tələb edir. Azərbaycanlılar Gürcüstan əhalisinin mühüm hissəsi, olduqca sədaqətli hissəsidr. Hesab edirik ki, dar ayaqda biz həmişə onlara güvənə bilərik, onlar bizə arxa-dayaqdırlar. Biz onlara həmişə bel bağlaya bilərik. Lakin məsələ Gürcüstanda süni surətdə Azərbaycan elitası yaratmaqda deyildir. Bu, onsuz da baş tutmayacaqdır. Bu, təbii surətdə baş verməlidir. Gürcüstanın azərbaycanlı əhalisi heç də təkcə Gürcüstanın iqtisadi həyatında iştirak etməməlidir. Onlar gürcü dilini öyrənməli, Gürcüstanın ali məktəblərinə daxil olmalı, vəzifədə irəli çəkilməlidirlər, heç kim onlara əngəl törətməməlidir. Əksinə, bütün bunlara hər vasitə ilə kömək edilməlidir. Azərbaycanlılara parlamentdə yalnız azərbaycanlı olduqlarına görə oturan və azərbaycanlı əhalinin müdafiəsi üçün bir kəlmə də olsun danışmayan və ümumiyyətlə, hər hansı məsələ barəsində öz fikrini söyləməyən deputatlar lazım deyildir. Onlara parlamentdə elə adamlar lazımdır ki, öz həmvətənlərinin və bütün Gürcüstan vətəndaşlarının arzu və istəklərini, həqiqətən, ifadə etsinlər. Zənnimcə, belə liderlər artıq meydana gəlməkdədir. Elə adamlar var ki, onlar nomenklatura ilə süni surətdə irəli çəkilməyiblər, əksinə, cəmiyyətin tamhüquqlu, fəal üzvləridir. Gürcüstanda geniş təmsil olunmuş azərbaycanlı ziyalılarının öz mədəniyyətini inkişaf etdirməsinə imkan vermək çox vacibdir. Mən bunu onlara vəd etmişəm və sözümün üstündə duracağam. Biz bir neçə il əvvəl tam bir sıra səbəblər üzündən bağlanmış Tbilisi Azərbaycan teatrının tikintisinin başlanmasına kömək etməliyik. Biz İlham Əliyevlə Qaxdakı gürcü teatrına dövlət statusu verilməsi, onun Azərbaycan ərazisində gürcü mədəniyyətinin inkişafı ocağına çevrilməsi barədə danışmışıq. Biz dərsliklərin mübadiləsi barədə də söhbət etmişik. Həm Gürcüstan tarixinin, həm də Azərbaycan tarixinin əksini tapdığı dərsliklər yaradılması üçün birgə işçi qrupları yaratmaq lazımdır. Gürcüstan azərbaycanlıları dövlətimizə həmişə sədaqətlə və can-başla xidmət etmiş insanlardır. Gürcüstan tarixini oxusanız, o dövrlərdə Gürcüstanda yaşamış azərbaycanlıların sədaqətinə, qardaşlığına və dostluğuna dair çox misallar taparsınız. Məncə, bu, ümumi sərvətimizdir. İstərdim ki, bu proseslər təbii şəkildə getsin. İnteqrasiya prosesi getsin və azərbaycanlılar real, əməli qərarların qəbul olunmasında iştirak etsinlər. Bu, təkcə azərbaycanlılara deyil, Gürcüstanın digər vətəndaşlarına da aiddir. Biz öz çoxmillətliliyimizlə, öz dostluğumuzla fəxr edirik. Mən utanıram ki, Mirzə Fətəli Axundovun harada dəfn edildiyini yalnız bu yaxınlarda bilmişəm – o, Botanika bağında, Tbilisinin mərkəzində, Azərbaycanın digər görkəmli xadimlərinin məzarları olan yerdə dəfn edilmişdir. İstərdim ki, orada müvafiq panteon olsun, oraya təkcə Gürcüstandan deyil, Azərbaycandan da insanlar ziyarətə gəlsinlər. Azərbaycanda gürcü xadimləri olduqca çoxdur. Siz bunu bilirsiniz və bütün bunlar qarşılıqlı surətdə bağlıdır. Elə indinin özündə də burada vətəndaşlarımız yaşayırlar və onlara çox səmimi münasibət göstərilir. Mən onların çoxu ilə görüşmüşəm. Odur ki, bu dostluq tellərini inkişaf etdirəcəyik. Zənnimcə, “bəli, biz cəmiyyətlərimizin, Azərbaycan və gürcü mənşəli vətəndaşlarımızın müvafiq surətdə Azərbaycan cəmiyyətinə və Gürcüstan cəmiyyətinə maksimum inteqrasiyasına nail olmuşuq” sözlərini demək üçün böyük yol keçmək lazımdır. X X X Mətbuat konfransında Azərbaycan Prezidentinin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Gürcüstanın Bakıdakı səfiri Zurab Qumberidze, ölkəmizin Tbilisidəki səfiri Hacan Hacıyev, nazirliklərin, komitələrin rəhbərləri, Gürcüstan nümayəndə heyətinin üzvləri iştirak edirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb

Şimal bölgəsində 6 minə yaxın şagird məzun olub - FOTOLAR

Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb

Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir

Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

TDT-yə üzv və müşahidəçi ölkələrin ümumi ÜDM-i 2,4 trilyon ABŞ dollarını ötüb

TDT-yə üzv dövlətlərlə qarşılıqlı investisiyaların həcmi 40 milyard dollara yaxındır

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

TDT-yə üzv ölkələrin rəqabət orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi strateji əhəmiyyət kəsb edir

2025-ci ildə Azərbaycanın TDT dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7,3 milyard ABŞ dolları olub

Elnur Bağırov: TDT-yə üzv ölkələrin əməkdaşlıq təşəbbüsləri Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə töhfə verir

AZAL Naxçıvana uçuşları bərpa edib

Elm və təhsil naziri Gəncədə "Son zəng" mərasiminə qatılıb

İlin 5 ayı ərzində donor sayı 50 mindən artıq olub

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

Qəbələdə Milli Qurtuluş Gününə dair məktəbdə görüş: Müstəqilliyimizin Heydər Əliyev strategiyası

Balakəndə yaş barama tədarükünə başlanılıb - artıq kümçülər 2 ton barama təhvil verib

Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər

Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan gün - ŞƏRH

İyunun 13-ü Beynəlxalq Albinizm haqqında Məlumatın Yayılması Günüdür

ABŞ Avropadakı qırıcı təyyarələrinin üçdəbirini geri çəkməyi planlaşdırır

Milli Qurtuluş Günü xalqımızı nicata aparan dönüş nöqtəsi oldu

Cari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb

Tramp “Tren de Aragua” təşkilatının liderinin öldürüldüyünü açıqlayıb

ABŞ millisi dünya çempionatına qələbə ilə başladı

ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazında İrana məxsus kamikadze dronlarını vurub

Azərbaycan məktəblərində “Son zəng” sədaları VİDEO

Azərbaycan məktəblərində “Son zəng” sədaları VİDEO

Qusarın Avaran kəndində 384 ev mərkəzləşdirilmiş içməli su şəbəkəsinə qoşulub

İran XİN: Tehran Vaşinqtonla memorandumun razılaşdırılmasının son mərhələsindədir

Dünyanın ən təhlükəli 7 vulkanı

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 139 nəfərə çatıb

Əraqçi: ABŞ memorandumda yeni münaqişəyə başlamamaq öhdəliyi götürür

Qafar Qənizadə: Hər bir insanın özünü tanımaq və mənəvi sağalma üçün vasitələrə ehtiyacı var

Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq

Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib

Natalya Jukova: Bu il “Nine Senses Fest” mindən çox iştirakçını bir araya gətirəcək

Misirdə təlim təyyarəsi qəzaya uğrayıb, pilot ölüb

Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib

Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb

BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir

“Sabah” braziliyalı müdafiəçini transfer edib

Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib

Fırat Arapoğlu: “Proqramlaşdırılmış izlər” sərgisində texnologiyanın yaratdığı yeni reallıq təqdim olunur

Azərbaycan və Slovakiya arasında siyasi məsləhətləşmələrin növbəti iclası olub

Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib

Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub

AZAL-ın Naxçıvan reyslərini icra edən təyyarələri hava şəraiti ilə əlaqədar Bakıya geri qayıdıb

Lənkəran və Astarada güləş zallarına baxış keçirilib

BDU-nu ən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə bitirən məzunların adları açıqlanıb

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

MEDİA: Fransanın bəzi media qurumlarının Azərbaycana qarşı qarayaxma kampaniyasını qəti şəkildə pisləyirik

Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub

Naxçıvanda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb

Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır

Alparslan Bayraktar: TANAP Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır

Ekspert: Azərbaycan “ağıllı şəhərlər”i və dayanıqlı infrastrukturu fəal şəkildə inkişaf etdirir - MÜSAHİBƏ

Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib

Fransalı vəkil “ayrı-seçkilik” və “nifrətə təhrik” ittihamları üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

YARAT Müasir İncəsənət Məkanında britaniyalı və bolqar rəssamların sərgiləri açılıb

Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur