Gürcüstan xəstəxanaları koronavirusa yoluxmuş 3500 xəstəni eyni vaxtda qəbul etməyə hazırdır
Tbilisi, 5 aprel, AZƏRTAC
Gürcüstan xəstəxanaları koronavirusa yoluxmuş 3500 xəstəni eyni vaxtda qəbul etməyə hazırdır.
AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın Səhiyyə naziri Yekaterina Tikaradze bildirib.
Onun sözlərinə görə, hazırda ölkədə COVID-19 virusu ilə mübarizə üçün 20 xəstəxana ayrılıb. Ehtiyac yaranacağı təqdirdə daha 40-a yaxın xəstəxanadan istifadə oluna bilər.
Nazir deyib ki, hazırda Gürcüstanda 10 min xəstəni müalicə etmək üçün bütün şərait var.
“Bu gün nazirlik ölkədəki bütün həkimlərin və tibb işçilərinin əlavə kurslara cəlb olunması layihəsi üzərində çalışır. Məqsəd ehtiyac yaranacağı halda həkimlərin koronavirusa yoluxmuş xəstələrlə işləmək üçün hazırlamaqdır”, -deyə nazir vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]