Gürcüstanda "Əmək miqrasiyası haqqında" Qanuna dəyişikliklər edilir
Tbilisi, 14 aprel, AZƏRTAC
Gürcüstanda “Əmək miqrasiyası haqqında" Qanuna təklif olunan dəyişikliklər birinci oxunuşda müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, parlamentin İqtisadi siyasət komitəsinin sədri Şota Berekaşvili bununla bağlı keçirilən iclasda bildirib ki, son illərdə həyata keçirilən dəyişikliklər əmək miqrasiyası proseslərinin tənzimlənməsini yaxşılaşdırsa da, əmək fəaliyyətinin xarakterinə və müddətinə görə daha çevik yanaşmaya ehtiyac yaranıb.
Onun sözlərinə görə, yeni dəyişikliklərin əsas məqsədi əmək miqrasiyası prosedurlarını sadələşdirmək, onları müasir əmək bazarının tələblərinə uyğunlaşdırmaq və nəticədə ölkəyə yüksəkixtisaslı mütəxəssislərin cəlb olunmasını asanlaşdırmaqdır.
Komitə üzvləri həm bu qanun layihəsini, həm də onunla əlaqəli “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” Qanuna dəyişiklikləri dəstəkləyiblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]