GÜRCÜSTANDA ENERJİ BÖHRANININ SONU GÖRÜNMÜR
Həmin mənbənin məlumatına görə, ölkənin ən iri SES-ində - gürcü-abxaz münaqişəsi zonasında yerləşən İnquri SES-də vəziyyət xüsusilə ağırdır. Burada su ehtiyatının rekord səviyyədə aşağı düşdüyü qeydə alınmışdır. Buna görə də, avqustun 30-da Tbilisi rayonlarının əksəriyyətinə, habelə bölgələrin, demək olar, üçdə iki hissəsindən çoxuna elektrik enerjisi verilməmişdir. Lakin bu, əhali arasında təlaş doğurmamışdır, çünki əhali son illər ya qəzalar nəticəsində, ya da istehlakçıların enerji haqqını ödəmədiyinə görə işığın tez-tez kəsilməsinə, bir növ, adət etmişdir.
Bütün bu çətinliklərlə əlaqədar sentyabrın 1-dən ölkə energetikləri Tbilisiyə və Gürcüstanın digər bölgələrinə elektrik enerjisini saat hesabı ilə verəcəklər. Həyati əhəmiyyətli obyektlər və səhiyyə müəssisələri istisna olmaqla, paytaxt sakinləri gündə 12 saat elektrik enerjisi alacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [16:42]
Bakı Limanında quru yük aşırılması 77 faiz artıb
- 12.06.2026 [16:02]
İçərişəhərdə süni intellekt əsaslı həllər tətbiq ediləcək
- 12.06.2026 [15:50]
TANAP-ın istifadəyə verilməsindən 8 il keçir
- 12.06.2026 [15:31]
Mis qiymətləri üçhəftəlik ən aşağı səviyyədən yüksəlir
- 12.06.2026 [14:12]