GÜRCÜSTANDA HƏRBİ MÜNAQİŞƏ ZAMANI DAĞIDILMIŞ DƏMİR YOLU KÖRPÜSÜ BƏRPA EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, bu ilin avqustunda Gürcüstan ərazisində (Kaspi şəhəri yaxınlığında) dağıdılmış dəmir yolu körpüsündə bərpa işləri başa çatmışdır.
Azərbaycan Dövlət Dəmir Yolu (ADDY) mətbuat xidmətindən bildirmişlər ki, körpü sentyabrın 12-də sınaqdan keçiriləcək, bundan sonra oradan qatarların hərəkətinə icazə veriləcəkdir.
Azərbaycandan Gürcüstana dəmir yolu ilə daşınan yüklərin həcmi azalmamışdır. Alternativ körpünün istifadəyə verilməsi nəticəsində Batumiyə istiqamətləndirilən qatarların sayında azalma, hərəkət cədvəlində dəyişiklik olmamışdır. Hazırda gün ərzində Bakı-Batumi və əks istiqamətdə orta hesabla 16-20 qatar hərəkət edir.