Gürcüstanda HİV-ə yoluxanların sayı artıb
Tbilisi, 3 sentyabr, AZƏRTAC
Cari il yanvarın 1-dən sentyabrın 2-dək Gürcüstanda 372 nəfər HİV virusuna yoluxub. Ən çox yoluxma halı iyul ayında qeydə alınıb - 58 fakt.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın QİÇS və İnfeksion Patologiya, Kliniki İmmunologiya Mərkəzi məlumat yayıb.
Bildirilir ki, cari il sentyabrın 2-nə olan statistikaya əsasən hazırda Mərkəzdə 8474 HİV xəstəsi qeydiyyatdadır. Onlardan 6326 nəfəri kişilər, 2148-i isə qadınlardır.
Xəstələrin böyük əksəriyyəti 29-39 yaş arasında olan insanlardır.
QİÇS 4340 xəstə arasında inkişaf edib, 1734 nəfər dünyasını dəyişib.
HİV xəstələrinin böyük əksəriyyəti paytaxt Tbilisidə yaşayır və onların da 87-si xarici ölkə vətəndaşıdır.
Cari ildə 99 HİV xəstəsi ölüb. Onların da 79-u kişilər, 20-si isə qadınlardır.
Gürcüstanda bu günədək 116 uşaqda HİV aşkar edilib. Onların da 70-i oğlan, 46-sı qızdır. HİV-ə yoluxmuş 27 uşaq dünyasını dəyişib, 3 nəfəri isə Gürcüstanı tərk edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:57]
Ukraynanın Xarkov vilayətinə hücum zamanı 7 mülki şəxs həlak olub
- 24.09.2026 [12:44]
İrakli Kobaxidze BMT-nin Baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib
- 24.09.2026 [12:41]
Maka Boçorişvili: Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik etməyə hazırdır
- 24.09.2026 [12:21]
Fransada COVID-19-a yoluxanların sayı artır
- 24.09.2026 [12:10]
Türkiyənin Şanlıurfa vilayətində 5,4 bal gücündə zəlzələ olub
- 24.09.2026 [11:21]
Bu gün Ümumdünya Dəniz Günüdür
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]