GÜRCÜSTANDA KƏSKİN İQLİM DƏYİŞİKLİKLƏRİ MÜŞAHİDƏ OLUNUR
Gürcüstan Hidrometeorologiya Xidməti iqlim dəyişiklikləri şöbəsinin baş mütəxəssisi Liya Meqrelidze bununla bağlı belə açıqlama vermişdir: “Ölkədə müxtəlif iqlim parametrlərinin dəyişikliyi qeydə alınmışdır. Gürcüstanın şərqində havanın temperaturu artmış, qərbində isə azalmışdır. Temperatur dəyişiklikləri – həm artım, həm də azalma 0,7 dərəcə təşkil etmişdir. Gürcüstan dağlıq ölkə olduğundan bu, dövretmə amillərinə müəyyən təsir göstərə bilər. Yağıntıların paylanmasında da müəyyən dəyişikliklər vardır. Məsələn, adətən, Şiraki düzənliyinə (Şərqi Gürcüstan) yağıntılar az düşürdü. İndi isə yağıntıların miqdarı orta çoxillik göstəricilərlə müqayisədə artmışdır. Bu, bölgə üçün sərfəlidir, lakin Kolxida ovalığında (Qərbi Gürcüstan) problemlər yarada bilər. Maksimum dəyişkənlik çoxillik orta göstəricilərdən 15-20 millimetr fərqlidir. Tutqun hava dəyişkənliyi də qeydə alınmışdır. Gürcüstanın qalan ərazisindən fərqli olaraq, Tbilisidə havanın tutqunluğunun artması meyli müşahidə olunur ki, bu da ilkin mülahizələrə görə, şəhərdə atmosferin həddən ziyadə çirklənməsi ilə bağlıdır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]