Gürcüstanda koronavirusun Britaniya növünə yeni yoluxmalar qeydə alınıb
Tbilisi, 24 fevral, AZƏRTAC
Gürcüstanda koronavirusun yeni, Britaniya ştammına üç yoluxma halı təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze məlumat verib.
Onun sözlərinə görə, yoluxanların təmasda olduğu 31 nəfər müəyyən edilib.
Yoluxma faktları koronavirusun mutasiya etmiş növləri, böyük ehtimalla, Britaniya ştammıdır.
Qeyd edək ki, fevralın 24-də Gürcüstanda koronavirusa yoluxmada yenidən artım müşahidə olunub. Son sutka ərzində Gürcüstanda daha 443 nəfərdə koronavirus təsdiqlənib, 6 nəfər isə ölüb.
Hazırda Gürcüstanda koronavirusa yoluxanların ümumi sayı 269 min 438-ə, pandemiya qurbanlarının sayı isə 3 min 463-ə çatıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [12:52]
Liviyada qanunsuz silahlı dəstə neft kəmərini ələ keçirib
- 22.09.2026 [12:26]
Prezident Tokayev Qazaxıstan Xalq Şurasının tərkibini təsdiq edib
- 22.09.2026 [12:25]
Gürcüstan və Türkiyə liderləri Nyu-Yorkda görüşüblər
- 22.09.2026 [12:03]
Fransada gənclər etiraz aksiyalarına hazırlaşırlar
- 22.09.2026 [11:48]
Məsud Pezeşkian: İran beynəlxalq platformalarda mövqelərini müdafiə edəcək
- 22.09.2026 [11:28]