Gürcüstanda prezident seçkilərində qalib ikinci turda məlum olacaq
Tbilisi, 29 oktyabr, AZƏRTAC
Gürcüstanda prezident seçkiləri başa çatıb. İlkin məlumatlara görə birinci turda namizədlərin heç biri lazım olan səsləri toplaya bilməyib.
AZƏRTAC xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri, hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının icraçı katibi İrakli Kobaxidze oktyabrın 28-də keçirdiyi brifinqdə deyib.
O bildirib ki, seçkilərdə müstəqil namizəd Salome Zurabişvili qalib gəlsə də, bu saata olan məlumatlara əsasən, ikinci turun olacağı məlum olub.
O deyib: “Səslərin sayılması prosesi davam edir. Bizə protokolların məlumatları daxil olur. Min (1000) seçki məntəqəsi üzrə səslər sayılıb. Lider Salome Zurabişvilidir. Lakin bu mərhələdə aydındır ki, ikinci tur olacaq və Salome Zurabişvili və Qriqol Vaşadze həmin turda iştirak edəcəklər. Bu, 1000 seçki məntəqəsi üzrə məlumatların əsasında məlum olub”.
İ.Kobaxidze hakim komandanın müdafiə etdiyi namizəd, S.Zurabişvilinin ikinci turda qələbəsinə əmin olduğunu qeyd edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.09.2026 [22:22]
Donald Tramp: Süni İntellekt Qüvvələri yaradıram
- 19.09.2026 [21:39]
“Mançester Yunayted”in milyarder sahibi: Böyük Britaniyaya inamımı itirmişəm
- 19.09.2026 [21:27]
Leysan yağışları Batumidə həyatı iflic edib
- 19.09.2026 [21:25]
Gürcüstanın dövlət xarici borcu 9 milyard dolları ötüb
- 19.09.2026 [16:49]
Münxendə 191-ci Oktoberfest start götürüb
- 19.09.2026 [14:51]
Türkiyədə “Ağıllı Şəhərlər Fəaliyyət Planı” qüvvəyə minib
- 19.09.2026 [14:03]
ASELSAN yeni “SMASH 300” silah sistemini təqdim edib
Sürücülərin nəzərinə
- [21:16]
Bu saata olan əsas xəbərlər
- [20:00]
Dörd yaşında yarımçıq qalan ömür
- [12:08]
Bu saata olan əsas xəbərlər
- [12:00]