Gürcüstanda QHT-lərə dövlət dəstəyi göstəriləcək
Tbilisi, 9 sentyabr, AZƏRTAC
Gürcüstan dövləti ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına (QHT) maliyyə yardımı göstərəcək. Ölkədə QHT-lər dövlət büdcəsindən xarici donorlardan aldıqları maliyyədən 1-2 dəfə çox maliyyə alacaqlar.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu gün keçirdiyi brifinqdə məlumat verib.
Onun sözlərinə görə, Gürcüstan hökuməti “xarici agentlər” reyestrində qeydiyyatdan keçmiş QHT-lər üçün qrant proqramı yaradacaq.
“Öz işini layiqincə yerinə yetirən və gürcü xalqının mənafeyinə xidmət edən qeyri-hökumət təşkilatları dövlət büdcəsindən xarici donorlardan aldıqları maliyyədən bir-iki dəfə çox vəsait alacaqlar”, - deyə Baş nazir bildirib.
Bununla bağlı qanun layihəsi hazırlanır və qanun 2025-ci ilin yanvarından qüvvəyə minəcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]