GÜRCÜSTANDA TƏYYARƏ BİLETLƏRİNİN QİYMƏTİNİN BAHALAŞACAĞI GÖZLƏNİLİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstanda bu il təyyarə biletlərinin qiyməti orta hesabla 15-20 dollar bahalaşacaqdır. Gürcüstan “Milli aviaxətlər” şirkətinin baş direktoru Georgi Kodu bunu dünya bazarında aviasiya yanacağının hər tonunun 350 dollardan 750 dollaradək bahalanması ilə əlaqədar olduğunu bildirmişdir.