Gürcüstanda yol-nəqliyyat hadisəsi zamanı üç Türkiyə vətəndaşı həyatını itirib

Tbilisi, 2 sentyabr, AZƏRTAC
Gürcüstanın qərbində ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC xəbər verir ki, Kobuleti və Batumini birləşdirən beynəlxalq əhəmiyyətli avtomagistralda minik və yük avtomobilləri toqquşub.
Nəticədə minik avtomobilində olan 3 nəfər Türkiyə vətəndaşı həyatını itirib.
Yaralananlar isə yaxın ərazilərdəki xəstəxanalara çatdırılıblar.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi