GÜRCÜSTANDAKI RUSİYA HƏRBİ BAZALARINDAN ERMƏNİSTANA SİLAH VƏ TEXNİKA DAŞINIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstandan Rusiya hərbi bazalarının cıxarılması davam edir. Mayın 18-də Axalkalakidə Rusiya hərbi bazasından texnika və silah yüklənmiş bir neçə avtomobil Ermənistana yola salınmışdır.
Mayın 25-də isə Rusiyanın Batumidəki 12 nömrəli hərbi bazasından hərbi texnika yüklənmiş ilk eşelon Ermənistana, Gümrüyə gedəcəkdir. Batumidən Ermənistana hərbi texnika yüklənmiş altı eşelon, Rusiyaya isə bir eşelon yola salınacaqdır.