Gürcüstanın Azərbaycan ilə xarici ticarət dövriyyəsi 13,2 faiz artıb
Tbilisi, 20 iyun, AZƏRTAC
Cari ilin yanvar-may ayları ərzində Gürcüstanın Azərbaycan ilə xarici ticarət dövriyyəsi 612,0 milyon dollar təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,2 faiz çoxdur. Azərbaycan bu göstərici ilə Gürcüstanın xarici ticarət tərəfdaşları sırasında dördüncü yerdədir.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.
Bildirilir ki, Gürcüstanın xarici ticarət tərəfdaşları siyahısında Türkiyə birinci yerdədir. 2023-cü ilin yanvar-may aylarında iki ölkə arasında ticarət dövriyyəsi 1,2 milyard dollar təşkil edib, bu da Gürcüstanın ümumi ticarət dövriyyəsinin 14,3 faizinə bərabərdir. İkinci yerdə 1059,9 milyon dollarla Rusiya, üçüncü yerdə isə 623,3 milyon dollarla Çin qərarlaşıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]