Gürcüstanın Azərbaycanlı Əlillər Assosiasiyası öz hədiyyəsi ilə qardabanili əlilləri sevindirmişdir
Qardabani, 5 noyabr (AZƏRTAC). Gürcüstanın Azərbaycanlı Əlillər Assosiasiyası azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsindəki Qardabani rayonunun Təzəkənd və Candar kəndlərində beş nəfərə əlil arabaları hədiyyə etmişdir.
Assosiasiyanın sədri Rövşən Əliyev demişdir ki, son vaxtlar Azərbaycanın Gürcüstanda fəaliyyət göstərən şirkətlərinin dəstəyi və yardımı ilə fiziki cəhətdən qüsurlu olan soydaşlarımıza çoxlu sayda yardımlar olunmuşdur. Xaricdə yaşayan soydaşlarımız bu qayğı və diqqətə görə Azərbaycan dövlətinin başçısına minnətdarlıq duyğularını ifadə etmişlər. Qardabanililərə hədiyyə olunan əlil arabaları isə “Aqrosistem” şirkətinin maliyyə dəstəyi ilə alınmışdır.
Əlil arabalarının təqdimat mərasimində iştirak edən kənd sakinləri xeyriyyəçilik tədbirinin təşkilatçılarına minnətdarlıqlarını bildirmişlər.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qardabani
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]