GÜRCÜSTANIN PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB MİXEİL SAAKAŞVİLİYƏ
Hörmətli cənab Prezident,
Tkibuli şəhərindəki şaxtada baş vermiş partlayış nəticəsində insan tələfatı xəbərini kədər hissi ilə qarşıladım.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Gürcüstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 4 mart 2010-cu il.