Gürcüstanın xarici dövlət borcunun həcmi açıqlanıb
Tbilisi, 13 iyun, AZƏRTAC
Gürcüstanın xarici dövlət borcu cari ilin may ayında 8 milyard 404 milyon 509 min ABŞ dolları təşkil edib. Bu da cari ilin birinci rübü ilə müqayisədə təxminən 200 milyon dollar çox, keçən ilin göstəricisindən xeyli azdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin saytında məlumat verilib.
Bildirilir ki, hazırda dövlət borcunun lari ilə ekvivalenti təqribi olaraq 21 milyard, 287 milyon, 647 min laridir.
Qeyd edək ki, 2022-ci ilin may ayında Gürcüstanın dövlət borcu həmin dövrün məzənnəsi ilə 23 milyard 338 milyon 271 min lari təşkil edib.
Statistik məlumatlara əsasən Gürcüstana ən çox kredit verən Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və Beynəlxalq İnkişaf Bankıdır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:39]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [18:14]
Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]
İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb
- 30.09.2026 [17:19]
Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər
- 30.09.2026 [16:52]