Gürcüstanın yeni səhiyyə naziri təyin olunub
Tbilisi, 11 mart. AZƏRTAC
Gürcüstan hökumətində yeni təyinat olub. Parlamentin deputatı Mixeil Sarcveladze məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə naziri təyin edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 11-də keçirdiyi brifinqdə bildirib. Mixeil Sarcveladze səhiyyə naziri vəzifəsində Zurab Azaraşvilini əvəzləyib.
Baş nazir deyib ki, bu qərarın qəbul olunması üçün həm siyasi komandanın üzvləri, həm də tibb ictimaiyyətinin nümayəndələri ilə məsləhətləşmələr aparılıb. “Sonda təcrübəyə əsaslanaraq peşəkarlığına və dürüstlüyünə böyük inam bəslədiyim siyasi komandamızın üzvünə üstünlük verdim. Mixeil Sarcveladze səhiyyə naziri təyin edildi”, - deyə İrakli Kobaxidze bildirib.
Qeyd edək ki. İ.Kobaxidze ötən ay Baş nazir təyin olunduqdan sonra müdafiə naziri Cianşer Burçuladze vəzifədən getmişdi. Təxminən bir ay sonra isə səhiyyə naziri istefaya göndərilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]
İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib
- 22.09.2026 [19:15]
ABŞ Prezidenti: Ukrayna müharibəsi düşündüyümüzdən daha tez başa çatacaq
- 22.09.2026 [19:06]