Gürcüstanlı turist: Formula 1 Azərbaycan Qran-Prisi ən maraqlı yarışlardan biridir
Bakı, 29 aprel, AZƏRTAC
Formula 1 Azərbaycan Qran-Prisini izləməyə Bakıya ilk dəfədir gəlirəm. Yarışda “Aston Martin” komandasının pilotu Fernando Alonsonu dəstəkləyirəm.
Bunu AZƏRTAC-a məxsusi müsahibəsində gürcüstanlı turist Noe Berdzenishvili söyləyib.
Şəhərimizin qonağı Azərbaycan Qran-Prisini ən yaxşı və maraqlı Formula-1 Qran Prilərindən biri hesab etdiyi bildirib.
Qeyd edək ki, “Red Bull Racing” komandasının pilotu Serxio Peres bu gün Bakı şəhər halqasında keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin sprint yürüşünün qalibi olub. “Ferrari”nin pilotu Şarl Lekler yarışı ikinci, S.Peresin komanda yoldaşı Maks Ferstappen isə üçüncü pilləni tutub.
İlk səkkiz pillədə qərarlaşan pilotların xal qazandığı yürüşdə hər biri iki pilotdan ibarət 10 komanda iştirak edib.
Qeyd edək ki, ölkəmiz Formula 1 yarışlarına yeddinci dəfədir ev sahibliyi edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:36]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [20:07]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]