“GÜRGAN–DƏNIZ” NEFT YATAĞI YENİDƏN HƏYATA QAYTARILIR
İdarədən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, “Gürgan-dəniz” strukturuna böyük ümidlə baxırıq. Hazırda qazılan 207 nömrəli quyudan da sutkada 40-50 tondan çox neft hasil ediləcəyi artıq məlumdur. Qazma prosesində indiyədək nə mümkün qəzalara, nə də boşdayanmalara yol verilmişdir. Quyunun cari ildə istismara buraxılacağı gözlənilir.
Qazmaçılar “Gürgan”ı yenidən həyata qaytarmaq niyyətindədirlər. Aparılan geoloji tədqiqatların nəticəsi belə qənaətə gəlməyə imkan verir ki, burada məhsuldar laylar hələ kifayət qədərdir.