Hacıkənddə qanunsuz ağac kəsənlər saxlanılmışdır
Göygöl, 9 fevral (AZƏRTAC). Havaların sərt və şaxtalı keçməsi meşələrdə ağac kəsənlərin də sayını artırmışdır.
Göygöl meşə mühafizəsi və bərpası müəssisəsi direktorunun müavini Aslan Vəliyev AZƏRTAC-a bildirmişdir ki, bununla bağlı idarə gücləndirilmiş iş rejiminə keçmişdir. Meşə gözətçilərinə ciddi tapşırıqlar verilmiş, meşəyə gedən avtomobil yolları bağlanmış, 10 kilometr uzunluğunda tikanlı məftil çəkilmişdir. Lakin təəssüflər olsun ki, həyata keçirilən bütün bu tədbirlərə baxmayaraq, hələ də meşələrə qənim kəsilənlərə rast gəlmək olur. Son bir neçə gündə ağac kəsilməsi ilə bağlı 4 fakt aşkar edilmiş və tərtib olunmuş sənədlər hüquq-mühafizə orqanlarına göndərilmişdir.
Meşələrin qorunması istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]