Hacıqabullular soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmişlər
Hacıqabul, 31 mart (AZƏRTAC). Hacıqabul şəhərinin dağüstü massivində inşa edilmiş “Şəhidlər” abidə-kompleksinin önündə 31 mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anma mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, yaşlı nəslin, gənclərin və ictimaiyyətin nümayəndələri abidənin önünə gül dəstələri düzərək soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmişlər.
Tədbir rayon icra hakimiyyətində davam etdirilmişdir.
Toplantıda çıxış edən rayon icra hakimiyyətinin başçısı Əhməd Muxtarov bildirmişdir ki, ermənilərin 200 ildən artıq bir dövrdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri etnik təmizləmə və soyqırımı Hacıqabul rayonundan da yan ötməmişdir.
1918-ci ildə ermənilərin rayonun Nəvai, Rəncbər, Qubalıbaloğlan, Abdulabad, Meyniman, Talış və Şorbaçı kəndlərində törətdikləri qırğınları, kütləvi talanları diqqətə çatdıran Ə. Muxtarov, soyqırımı zamanı rayonda 1972 nəfərin, o cümlədən: 1080 kişinin, 525 qadının və 367 uşağın vəhşicəsinə qətlə yetirildiyini, 255 nəfərə müxtəlif işgəncələr verildiyini diqqətə çatdırmışdır.
Çıxış edənlər ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında bu qanlı cinayətə əsl hüquqi və siyasi qiymətin verildiyini vurğulamış, mənfur düşmənlərimizin məkrli niyyətləri barədə əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında dövlətimizin başçısının fəaliyyətini yüksək qiymətləndirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.03.2026 [16:47]
MEK-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb
- 31.03.2026 [16:23]
Milli yaddaşın qorunması: BMU-da soyqırımı hadisələri geniş təhlil edilib
- 31.03.2026 [14:22]
Xalqımıza qarşı törədilən cinayətlər heç vaxt unudulmayacaq ŞƏRH
- 31.03.2026 [14:15]
31 Mart hadisələri: Azərbaycan xalqının faciəsi və tarixi yaddaşı
- 31.03.2026 [12:35]
1918-ci il soyqırımı erməni vandalizminin qanlı izləridir – ŞƏRH
- 31.03.2026 [12:05]