Hamiyəçi-elektromexanik və gəmi elektromexanikləri üçün təlimi keçirilib
Bakı, 12 yanvar, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) DP mütəxəssislərinin hazırlanması istiqamətində aparılan işlərin davamı olaraq hamiyəçi-elektromexanik və gəmi elektromexanikləri üçün “DP technical training” təlimi keçirilib.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, təlim DP sahəsində mühüm yer tutan “Marine Technologies” LTD şirkətinin təcrübəli təlimçisi Kristoffer Saestadın iştirakı ilə baş tutub. Təlimin əsas məqsədi DP1, DP2 və DP3 sistemləri, onlarda istifadə olunan proqram təminatı, onlar üzərində işin aparılması və yenilənməsi, istehsalçı mərkəzi ilə DP kompüterlərin əlaqələndirilməsi, DP sistemlərində yenilənmiş hissələrin proqramlaşdırılması, texniki qulluq qaydaları və ardıcıllıqları, nasazlıqların aradan qaldırılması texnologiyası kimi mühüm məlumatların iştirakçılara çatdırılmasından ibarət olub.
İki gün davam edən təlim interaktiv formada təşkil olunub, fikir mübadiləsi aparılıb, dinləyiciləri maraqlandıran suallara cavab verilib. Təlimin sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]