Harvard Universitetinin nümayəndələri UNEC-dəki təhsil imkanlarını müsbət qiymətləndiriblər
Bakı, 6 oktyabr, AZƏRTAC
ABŞ-ın Harvard Universitetinin Beynəlxalq İnkişaf Mərkəzinin əməkdaşları Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olublar.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, Layihələrin idarə olunması şöbəsinin müdiri Rauf Məmmədov, Biznesin idarə edilməsi kafedrasının müdiri Sevər Məmmədova, Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri Nərgiz Hacıyeva və kafedranın müəllimi Mirvari Qəzənfərli ilə keçirilən görüşdə mümkün əməkdaşlıq imkanları, iqtisadiyyatın şaxələndirilməsi və onun dayanıqlı artım modelinin təmin olunması sahəsində fundamental və praktik əhəmiyyətli tədqiqatların aparılması barədə müzakirələr aparılıb.
Beynəlxalq İnkişaf Mərkəzinin tədqiqatçıları Corc Tapia və Alexandro Rueda Sanz UNEC-dəki təhsil imkanlarını müsbət qiymətləndirib, əməkdaşlıq istiqamətində fikrilərini bölüşüblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [14:25]
“Tədqiqatlarda süni intellektin tətbiqi” mövzusunda təlim
- 02.10.2026 [13:18]
® Təhsil işçilərinə minimum 0 faiz komissiya ilə 100 min manatadək kredit
- 02.10.2026 [13:09]
Ötən ay BŞTİ-yə 20 minə yaxın müraciət daxil olub
- 02.10.2026 [13:01]
ADPU-da insan alveri ilə mübarizəyə aid seminar təşkil olunub
- 02.10.2026 [12:43]