Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib
Bakı, 1 mart, Elvin Camalov, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Bakı Taksi Xidməti” MMC Heydər Əliyev Beynəlxalq Aeroportundan sərnişinlərin daşınması qiymətlərində endirim tətbiq edib.
Bu barədə AZƏRTAC-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova deyib.
Onun sözlərinə görə, xidmətin keyfiyyətinin yüksəldilməsi və təhlükəsizliyin təmin edilməsi üçün aparılan bir sıra islahatların nəticəsi olaraq hava limanı ərazisində yerli sakinlərə və turistlərə yalnız “Bakı Taksi Xidməti” MMC xidmət göstərəcək. Taksilərin fəaliyyətinə nəzarət daha da gücləndirilib. “Taxometr” cihazı vasitəsilə müştəri yalnız qət etdiyi məsafəyə uyğun ödəniş edir: “Bununla yanaşı, “Bakı Taksi Xidməti” aeroportdan həyata keçirilən sərnişin daşımalarında 40 faiz endirim tətbiq edir ki, bu endirimlər hər hansı bir müddət çərçivəsində yox, bütün dövrü əhatə edəcək”.
Yeni fəaliyyətə başlayan “1848” Çağrı mərkəzi taksi xidmətindən istifadəni daha da rahatlaşdırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]