HAVA METEOHƏSSAS İNSANLAR ÜÇÜN ƏLVERİŞSİZ OLACAQDIR
Bakı, 22 iyul (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyulun 23-də ölkə ərazisində havanın gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə axşam və gecə saatlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı vardır.
Bakıda havanın temperaturu gündüz 33-35, gecə 24-26, Naxçıvanda gündüz 34-36, gecə 19-21, aran bölgəsində gündüz 34-36, gecə 24-26, dağlıq zonada gündüz 24-26, gecə 14-16 dərəcə təşkil edəcəkdir.
Yaxın 3 gün ərzində Abşeron yarımadasında isti hava şəraiti və mülayim şimal-şərq küləyi ilə bağlı rütubətliyin çox olması nəticəsində müxtəlif saatlarda boğanaq hissi yaranacaqdır. Bu da meteohəssas insanlar üçün əlverişsizdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [16:47]
Lerik-Lənkəran sərhədində zəlzələ olub
- 10.08.2026 [16:00]
Bakıda yağış yağacaq
- 10.08.2026 [12:42]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 10.08.2026 [11:57]
Faktiki hava: Bəzi rayonlara leysan yağır
- 09.08.2026 [17:40]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub
- 09.08.2026 [12:46]