Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hazırda Azərbaycanda 22 mindən çox qlaukomalı xəstə dispanser qeydiyyatındadır

Hazırda Azərbaycanda 22 mindən çox qlaukomalı xəstə dispanser qeydiyyatındadır

Bakı, 27 may, AZƏRTAC

Göz xəstəliklərindən biri olan qlaukoma gözdaxili mayenin axınının pozulması nəticəsində baş verir. Bu xəstəliyə el arasında “qara su” xəstəliyi də deyirlər. Görmə sahəsində xarakterik dəyişikliklər, görmə sinirinin zədələnməsi, qlaukomatoz optik neyropatiyanın inkişafı ilə xarakterizə olunur. Gözdaxili təzyiqin yüksəlməsi qlaukoma yaranmasının əsas risk faktoru sayılır. Qlaukoma xroniki və proqressivləşən xəstəlikdir və qeyri-düzgün müalicə olunduqda tam korluqla nəticələnə bilər. Hazırda dünyada 60 milyon insan qlaukomadan, 8,4 milyon insan isə qlaukoma nəticəsində yaranan korluqdan əziyyət çəkir.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində ölkəmizdə yeganə olan və ən müasir diaqnostik avadanlıqlarla təchiz olunmuş Qlaukoma Mərkəzi yaradılıb. Bu mərkəzdə xəstəliyin nəinki vaxtında aşkarlanması, müalicəsi, o cümlədən bütün xəstələrin dispanser qeydiyyatı və daimi nəzarəti mümkündür. Hazırda Azərbaycanda 22 mindən çox qlaukomalı xəstə dispanser qeydiyyatındadır.

Bu barədə AZƏRTAC-a akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin qlaukoma şöbəsinin müdiri, oftalmoloq-cərrah Fidan Ağayeva məlumat verib.

“Qlaukomanın əsas 2 forması mövcuddur: açıqbucaqlı qlaukoma və qapalıbucaqlı qlaukoma. Açıqbucaqlı qlaukoma görmə funksiyalarının artan pozulması ilə simptomsuz gedişata malikdir. Görmə siniri diskində və görmə sahəsində əmələ gələn kliniki dəyişikliklər ancaq sinir liflərinin təxminən 40 faizinin məhvindən sonra özünü büruzə verir.

Qlaukomanın anadangəlmə növü də var. Ana bətnində olan patoloji dəyişikliklər, ananın keçirdiyi infeksion xəstəliklər, irsi faktorlar, ana bətnində olarkən görmə orqanının inkişaf prosesinin pozulması buna səbəb olur. Bundan əlavə, uşaq qlaukomasına da rast gəlinir. Bu zaman uşaqlarda həmin xəstəlik sonradan, yəni 3-5 yaşlarında yaranır. Əsas səbəbi irsidir. Lakin ana bətnində inkişaf pozulmaları da səbəb ola bilər.

Yuvenil qlaukoma - cavanlarda adətən 35 yaşadək yaranan qlaukoma növüdür. Burada da irsi faktor rol oynayır. O cümlədən göz orqanında bəzi anatomik dəyişikliklər qlaukomaya gətirib çıxara bilər.

Birincili qlaukomada əsas faktor irsidir. Lakin bir neçə risk faktoru var. Yüksək dərəcəli miopiyası və buynuz qişası nazik olan gözlərdə birincili qlaukoma yarana bilər.

İkincili qlaukoma digər xəstəliklərin nəticəsində yaranır. Nümunə üçün deyə bilərəm ki, şəkərli diabet xəstəliyi zamanı gözün arxa hissəsində torlu qişada və gözün ön hissəsində yeni damarlar əmələ gəlir. Buna neovaskularizasiya deyilir. Həmin damarlar gözün ön hissəsində yerləşən ön kameranın bucağını tutur. Maye gözdən tam normal şəraitdə axa bilmir. Gözdə yığılaraq gözdaxili təzyiqi yüksəldir və görmə sinirində qlaukomatoz dəyişikliklər başlayır. Ona görə də görmə sahəsi daralır və mərkəzi görmə zəifləyir. Şəkərli diabetdən əziyyət çəkənlərin gözlərində həmin damarlar lazer koaqulyasiyası ilə yandırılaraq ikincili qlaukomanın qarşısı alına bilər.

İltihabi, sindromlu, revmatoid artrit kimi xəstəliklərdən əziyyət çəkənlərdə, uzun müddət, kontrolsuz, yüksək dozada steroidlərdən, hormonal dərmanlardan istifadə edən xəstələrdə gözdaxili təzyiq yüksələ bilər. Bu steroid mənşəli qlaukomadır.

İltihabi xəstəliklər zamanı gözdə iltihabi proses varsa, gözdə fibroz dəyişikliklər baş verir. Bu zaman gözdə ön kameranın bucağı tutula, maye axının qarşısı alına, gözdaxili təzyiq yüksələ və qlaukoma yarana bilər”, - deyə şöbə müdiri qeyd edib.

Mütəxəssis, həmçinin deyib: “Qlaukoma növləri arasında ən çox rast gəlinən açıqbucaqlı qlaukomadır. Bu, qlaukoma növlərinin təxminən 70 faizini təşkil edir. Tam simptomsuz olduğuna görə xəstələr oftalmoloqa çox gecikmiş halda müraciət edirlər. Müraciətlər zamanı bir gözün tamamilə görmədiyi, digərində isə görmə faizinin 10-15 və ya daha az olduğu hallara da rast gəlinir. Qlaukomada əsas əlamət görmə sahəsinin daralmasıdır. Xəstə əvvəlcə onu hiss etmir. Mərkəzi görmə zəifləyəndə isə hiss olunmağa başlayır. O zaman da sinir liflərinin 50 faizdən çoxunun artıq məhv olduğu məlum olur.

Qapalıbucaqlı qlaukoma daha çox Asiya ölkələrində aşkarlanır. Qlaukomanın bu növündə məhz gözün quruluşu mühüm rol oynayır. Gözün ön və arxa oxunun qısa, gözün ölçülərinin az, gözün ön kamerasının dayaz olması nəticəsində bucağın bağlı və ya dar olması qapalıbucaqlı qlaukomanın yaranmasına təkan verir. İşıqlı mühitdə qapalıbucaqlı qlaukoma olan xəstələrdə bəbək genələ və ön kameranın bucağı tam bağlana bilər. Nəticədə maye gözdən axa bilmir və gözdaxili təzyiq yüksəlir. Qapalıbucaqlı qlaukoma güclü ağrılar, ürəkbulanma, qusma, başgicəllənmə, baş ağrıları ilə nəticələnə bilər. Qapalıbucaqlı qlaukomanın birincili və ikincili formalarına yaşlı insanlarda rast gəlinir. Ümumiyyətlə, yaş faktoru qlaukoma yaranmasının risk amillərindən biridir”.

Oftalmoloq-cərrah bildirib ki, mərkəzdə müasir diaqnostik üsullar ilə yanaşı qlaukomanın müxtəlif müasir müalicə üsulları aparılır. Qlaukomanın müalicəsinin əsasını görmə sinirinin geridönməz zədələnməsinin dayandırılması və görmə funksiyalarının azalmasının qarşısını almaq məqsədilə gözdaxili təzyiqin salınması və görmə sinirinin qidalandırılması təşkil edir. Qlaukomanın müalicəsinin 3 əsas növü var: konservativ, yəni medikamentoz, lazer və cərrahi müalicə. Qlaukomanın müalicəsi zamanı ilk olaraq gözdaxili təzyiqi salan damcılardan istifadə olunur. Əgər hipotenziv damcılar gözdaxili təzyiqi normallaşdıra bilmirsə, xəstəyə lazer müalicəsi aparılır. Gözdaxili təzyiq enmədiyi halda cərrahi müalicə həyata keçirilir. Mərkəzdə dəlib-keçməyən və dəlib-keçən antiqlaukomatoz əməliyyatlar, həmçinin antiqlaukomatoz drenajların implantasiyası icra olunur. Cərrahi müdaxilədən sonra görmə faizi artmır. Burada əsas məqsəd gözdaxili təzyiqin enməsinə və hazırkı görməni saxlamağa nail olmaqdır. Xəstələr daimi nəzarət altında olmalı, damcıları vaxtlı-vaxtında tökməli, oftalmoloq əməliyyata göstəriş verərsə, çəkinməməlidirlər. Çünki göz təzyiqinin yüksəlməsi bir müddətdən sonra tam korluğa səbəb ola bilər. Lakin əməliyyatın fəsadları qaçılmazdır. Fəsadlar daha çox gözdaxili təzyiqi uzun müddət yüksək olanlarda baş verir.

F.Ağayeva diqqətə çatdırıb ki, həqiqi gözdaxili təzyiq 10-21 millimetr civə sütunu arasında dəyişir, Maklakov üsulu ilə tonometrik gözdaxili təzyiqi isə 18-26 millimetr civə sütunudur. Avropa Qlaukoma Cəmiyyətinin məsləhətinə görə, hər kəs 40 yaşdan sonra ildə bir dəfə gözdaxili təzyiqini ölçdürməlidir. Nəsildə kimdəsə qlaukoma xəstəliyi varsa, həmin insanlar 35 yaşdan sonra ildə ən azı bir dəfə gözdaxili təzyiqlərini yoxlatdırmalıdırlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb

Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq –  EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı kənd təsərrüfatında ekstensiv modeldən intensiv modelə keçidi ehtiva edir VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı kənd təsərrüfatında ekstensiv modeldən intensiv modelə keçidi ehtiva edir VİDEO

NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək

Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək

Nazir: Aqrar sahəyə yatırılacaq investisiyanın 3,7 milyard manatı özəl sektorun, 2,2 milyard manatı isə dövlətin payına düşür VİDEO

Nazir: Aqrar sahəyə yatırılacaq investisiyanın 3,7 milyard manatı özəl sektorun, 2,2 milyard manatı isə dövlətin payına düşür VİDEO

Məcnun Məmmədov: Azərbaycan sabitliyi, coğrafi mövqeyi və təşviq mexanizmləri ilə xarici investorlar üçün münbit şərait yaradıb VİDEO

Məcnun Məmmədov: Azərbaycan sabitliyi, coğrafi mövqeyi və təşviq mexanizmləri ilə xarici investorlar üçün münbit şərait yaradıb VİDEO

Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu təşkil olunub

Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib

Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik

Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir

Məcnun Məmmədov: İşğaldan azad olunmuş ərazilərdə minimal əkin sahəsi hədəfi 5 hektardır VİDEO

Məcnun Məmmədov: İşğaldan azad olunmuş ərazilərdə minimal əkin sahəsi hədəfi 5 hektardır VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur -  EKSKLÜZİV VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur - EKSKLÜZİV VİDEO

Kənd təsərrüfatı naziri: Aqrar sahədə yeni subsidiya alətləri, süni intellekt və rəqəmsallaşma tətbiq ediləcək - EKSKLÜZİV VİDEO

Kənd təsərrüfatı naziri: Aqrar sahədə yeni subsidiya alətləri, süni intellekt və rəqəmsallaşma tətbiq ediləcək - EKSKLÜZİV VİDEO

Azərbaycan və Əlcəzair iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını dəyərləndirib

Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub

“Qarabağ” növbəti transferini gerçəkləşdirib

Bu saata olan əsas xəbərlər

Azərbaycanda ilk dəfə olaraq istixana üzrə ixtisaslaşmış aqroparkın yaradılması nəzərdə tutulur

Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək

Tovuzda 22 yaşlı oğlan çayda batıb

Sahib Paşazadə Özbəkistan Dövlət Konservatoriyasında Dövlət İmtahan Komissiyasına sədrlik edib

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib

Ekspertiza İssık-Kul gölündə Formula 1 yarışlarının keçirilməsinin təhlükəsiz olduğunu təsdiqləyib

“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Dövlət Baxçalı: Zəngəzur dəhlizi Türk dünyasının Qərbi ilə Şərqini birləşdirən strateji həlqədir

IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır VİDEO

IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır VİDEO

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO

Azərbaycan hərbçiləri “Qafqaz Qartalı - 2026” təlimində iştirak edirlər

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir VİDEO

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir VİDEO

Böyük Britaniya ilə Aİ arasında ikinci sammitin keçiriləcəyi tarix məlum olub

Bölgələrdə 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir

Baş icraçı direktor: Qlobal halal şəbəkəsinin yaradılması çox vacibdir

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk VİDEO

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk VİDEO

Füzulidə özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara infotur təşkil edilib

Nazir: Nigeriya halal iqtisadiyyatı çərçivəsində dayanıqlı inkişaf məqsədlərinə töhfə vermək niyyətindədir

Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Energetik içkilər adi sərinləşdirici içkilər deyil: İstehlakçılar nələrə diqqət etməlidirlər?

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək VİDEO

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək VİDEO

Şahzadə Corc illik təhsil haqqı 63 min funt sterlinq olan Eton Kollecində oxuyacaq

Milli Süni İntellekt Mərkəzi ölkə gənclərinin süni intellekt savadlılığının artırılmasını dəstəkləyir

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

Sərginin kuratoru: Ortaq sənət növlərimiz Azərbaycan-Türkiyə qardaşlığının mühüm təzahürüdür

İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq

Baş prokuror Naxçıvan Muxtar Respublikasında vətəndaşları qəbul edib

Vens: Körfəz ərəb ölkələri İranla sülh planına Yaxın Şərqdə yeni dövrün başlanğıcı kimi baxır

ABŞ Rusiya neftinin tədarükü ilə bağlı sanksiyaları bərpa etməyi planlaşdırır

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Həm sakinlər güvəndə, həm heyvanlar - Oğuzun “Yuva” sığınacağından reportaj

“Masdar”: Azərbaycan xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevrilib

Daşkənddə Azərbaycan və Özbəkistanın Baş nazirlərinin iştirakı ilə ikitərəfli sənədlər imzalanıb

Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb

İşğal dövründə Azərbaycanın mədəni və dini irsi sistemli vandalizmə məruz qalıb

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Məhkəmə Ekspertizası Mərkəzi ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Xırdalanda yeni kanalizasiya kollektoru inşa edilir

Milli Məclisin komissiyası: Fransanın Azərbaycana qarşı özündə hibrid təhdidləri ehtiva edən fəaliyyətləri davam edir

Zaur Əliyev: 10 ildə aqrar sektorda 37,8 faiz artım olub

Orxan Məmmədov: Bakıda forumda qurulan əlaqələr gələcəkdə qlobal halal ekosisteminin inkişafına töhfə verəcək

Təbiət ərazilərində epizootoloji monitorinqlər keçiriləcək

Baş icraçı direktor: Yaxın illərdə qlobal halal istehlak bazarının 6 trilyon dollara çatacağı proqnozlaşdırılır

Birol Akgün: Türkiyə ilə Azərbaycan mədəni və mənəvi dəyərlər baxımından bir-birinə çox yaxındır

MODON: Səudiyyə Ərəbistanının müəssisələr üçün dəstək mexanizmləri investisiyaların cəlb olunmasına xidmət edir

“Dar Al Halal Group”: İslam maliyyəsinin əsas xüsusiyyətlərindən biri onun faizsiz maliyyələşdirmə prinsiplərinə əsaslanmasıdır

İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək

Xarici dövlətlərdə ali təhsil almış şəxslər peşə tanınması üzrə imtahan veriblər

Oksford Universitetində keçirilən beynəlxalq liderlik təlimində ADPU təmsil olunub

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır VİDEO

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır VİDEO

Xalid Xələfulla: İİB halal iqtisadiyyatı dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün mühüm platforma hesab edir

Gökhan Seyhan: Təsviri sənət və miniatür hər iki ölkənin zəngin mədəni irsini əks etdirir

Göyçayda leysan və güclü küləyin vurduğu fəsadlar aradan qaldırılır VİDEO

Göyçayda leysan və güclü küləyin vurduğu fəsadlar aradan qaldırılır VİDEO

“Masdar”: Azərbaycanın yaşıl enerji sahəsində uğurunun əsasında dövlətin qətiyyətli mövqeyi dayanır

SOCAR-ın vitse-prezidenti: Regional enerji bazarlarının inteqrasiyası vacibdir

Erməni dərsliklərində nifrət dilinin təbliği ciddi narahatlıq doğurur RƏY

Mosaedah Al-Drees: Halal iqtisadiyyatın inkişafı yeni istehsal sahələrinin yaradılmasına şərait yaradır

Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb

“Ümumi təhsil haqqında” Qanuna təklif edilən dəyişikliklər Milli Məclisin iclasına tövsiyə olunub

CECECO: Azərbaycan regional enerji əməkdaşlığının gücləndirilməsində aparıcı rol oynayır

“Mediada Azərbaycan dili” proqramının yekun mərhələsi təşkil olunub

BMU-dan abituriyentlər üçün yeni fürsət: prioritet sahələr üzrə 3 ikili diplom proqramı

Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir

“ACWA Power”: Enerji sektorunda ölkələr üçün vahid model yoxdur

Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib

Azərbaycan Turizm Bürosu “WiT Phocuswright Middle East” tədbirində iştirak edib

Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur

Beş ayda 144 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

Daha üç qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib

® TOP-50 transmilli şirkət və beynəlxalq holdinq “AZEXIM CLUB”a qoşulur

Azərbaycan və Birləşmiş Krallıq arasında ticarət əlaqələri genişlənir: yeni hədəflər

İyunun 17-19-da bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacaq – XƏBƏRDARLIQ

AZAL Bakı-Şımkent marşrutu üzrə ilk müntəzəm reysini həyata keçirib

BDU-da Konfutsi İnstitutunun 15 illik yubileyi qeyd olunub

Şuşa yeni geosiyasi düşüncənin formalaşdığı mühüm beynəlxalq məkana çevrilib ŞƏRH

® “Unibank” “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026“nın rəsmi tərəfdaşı olub

Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb

İlk dəfə keçiriləcək paraüzgüçülük üzrə Azərbaycan çempionatına 30-a yaxın idmançı qatılacaq