HƏCC ZİYARƏTİ ZAMANI BASABAS NƏTİCƏSİNDƏ 363 ZƏVVAR HƏLAK OLMUŞDUR
AZƏRTAC İTAR-TASS agentliyinə istinadla xəbər verir ki, həcc ziyarətində şeytana daşatma mərasimi zamanı yaranmış basabasda 363 zəvvar həlak olmuşdur. Bunu Səudiyyə DİN-in nümayəndəsi general-mayor Mənsur ət-Türki bildirmişdir. Onun sözlərinə görə, hadisə zamanı yaralanmış 45 zəvvar Səudiyyə klinikalarına qoyulmuşdur.
İndiyədək 203 zəvvarın - 118 kişinin və 85 qadının meyiti tanınmışdır. Krallığın təhlükəsizlik qüvvələrinin 18 əməkdaşı zədə almışdır. DİN-in nümayəndəsi demişdir ki, zəvvarlar Cəmarat körpüsündən keçərkən basabas yaranmışdır. Ət-Türkün sözlərinə görə, gələn ilədək bu körpü genişləndiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [20:09]
Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb
- 08.10.2026 [18:52]
Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir
- 08.10.2026 [18:49]
NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [17:43]