Həftəsonu Almaniyada çimərliklərdə azı 26 nəfər həyatını itirib
Berlin, 29 iyun, AZƏRTAC
Həftəsonu Almaniyada çimərliklərdə azı 26 nəfər həyatını itirib və ya itkin düşüb.
AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, bu barədə Alman Həyat Xilasetmə Cəmiyyətinin (DLRG) məlumatında qeyd olunub.
Məlumatda isti hava şəraitində çimərliklərdə və digər su hövzələrində təhlükələrə laqeyd yanaşılması hallarının olduğu bildirilib. Xüsusilə kişilərin öz imkanlarını həddindən artıq yüksək qiymətləndirərək təhlükəli risklər etdikləri vurğulanıb. Bu da suda boğulanların nisbətində özünü açıq şəkildə göstərir. Belə ki, ötən il Almaniyada suda boğulanların 82 faizi kişilər olub.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:37]
Çexiyada işsizlik 4,4 faizə yüksəlib
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]
AI bumu fonunda retrokompüterlərə maraq artır
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]