“Heineken” şirkəti “Formula-1”in baş sponsoru oldu
Bakı, 10 iyun, AZƏRTAC
Hollandiyanın nəhəng pivə şirkəti “Heineken” “Formula-1” ilə çoxillik sponsor müqaviləsi imzalayıb. Müqavilə 2016-cı il mövsümünün Kanada Qran-prisi yarışından qüvvədə olacaq.
AZƏRTAC www.championat.com saytına istinadla xəbər verir ki, müqavilə çərçivəsində “Heineken” çempionatın baş sponsoru, habelə “Gran Premio Heineken D'Italia 2016” adlandırılacaq İtaliya Qran-prisi də daxil olmaqla üç Qran-pri mövsümünün baş sponsoru olacaq.
Pivə şirkətinin loqotipləri Əbu-Dabi istisna olmaqla, yerdə qalan mərhələlərin altısında trasda yerləşdiriləcək. “Heineken” çempionatın tam tərəfdaşı qalaraq komandalara sponsorluq etməyəcək.
“Formula-1”in sabiq pilotları Devid Kultxard və ser Ceki Stüart “Heineken” brendinin səfirləri təyin edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:36]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [20:07]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]