Azərbaycan Dövlət İnformasiya Agentliyi

Həkim-infeksionist: Sanitar-epidemioloji vəziyyət ürəkaçan deyil

Həkim-infeksionist: Sanitar-epidemioloji vəziyyət ürəkaçan deyil

Bakı, 3 noyabr, AZƏRTAC

Koronavirusa yoluxma saylarının 800-900 olduğu vaxtda bunun davamlı olacağını düşünürdük. Bildirirdik ki, gedişat yüksəlməyə doğru getdiyinə görə, yoluxma sayları hətta dördrəqəmlilərə də gəlib çata bilər. Hazırda rekord göstəricilər qeydə alınır. Rəqəmlər onu göstərir ki, artıq sanitar-epidemioloji vəziyyət ürəkaçan deyil. Bu baxımdan düşünürəm ki, gedişat hələ yüksəlməyə doğru gedəcək.

AZƏRTAC xəbər verir ki, bunu TƏBİB-in infeksion xəstəlikləri üzrə işçi qrupunun rəhbəri, həkim-infeksionist Vasif Əliyev deyib.

O bildirib ki, xəstəliyin inkubasiya dövrü nəzərə alınarsa, vəziyyət nəzarət altına alındıqdan sonra hələ bir müddət yüksəlmələrə doğru gedişatı gözləmək olar: “Təəssüf ki, Azərbaycanda bu vəziyyət nəzarət altına alınmayıb. Çünki rəqəmlər yüksəlişə doğru gedir. Düşünürəm ki, vəziyyət yaydakı dövrdən daha da ağır ola bilər. Çünki yoluxma hallarının sayı əvvəlki kritik dönəmdəkindən iki dəfə daha çoxdur.

Virusa yoluxan insanların vəziyyətində əvvəlki dövrə nisbətən yüngülləşmə var. Yəni yüngül formada keçirənlər çoxdur. Lakin əvvəllər gənclər xəstəliyi daha çox asimptomatik keçirirdilərsə, indi daha ağır formada keçirənlərə də rast gəlinir. COVID-19-un hətta uşaqlarda belə yüksək hərarətlə keçdiyini klinik təcrübələrimizdə də görürük. Virusa aid olan əlamətlərin hamısı bir xəstədə görülməyə bilər. Əlamətlərin heç biri olmasa da, insan virus daşıyıcısı ola bilər. Bu, xəstəliyin klinik gedişatına əsasən müəyyən olunur. İybilmə, dadbilmənin itməsi bəzi insanlarda heç görülməyə də bilər. Bəzilərində isə olub daha uzun müddətə bərpa oluna bilər. Bu baxımdan hər bir insanda klinik əlamətlərin görülüb görülməməsi individualdır. Əlamətlər insanın immun sisteminə və aldığı virus yükünə bağlı olaraq fərqli formalarda seyr oluna bilər. Hazırda virusun virulentliyi davam edir. Baxmayaraq ki, virus bir ilə yaxındır ki, dünyada tüğyan edir, xəstəlik əvvəlki dövrlərdə olduğu kimi öz təhlükəliliyini sürdürür.

Koronavirusun əlamətlərindən biri də hərarətin yüksəlməsidir. Lakin şərt deyil ki, virus daşıyan hər bir insanda hərarət olsun. Xəstəliyə təkcə hərarətə görə diaqnoz qoyulmur. Bir sıra amillər araşdırıldıqdan, dəqiqləşdirildikdən sonra diaqnoz qoyula bilər. Hərarəti olub-olmamasından asılı olmayaraq, insan həmin virusu daşıya bilər. Hətta xəstəliyin ağır formasında da hərarətin müşahidə edilməməsi mümkündür.

Bəzi vətəndaşlar koronavirusu adi qrip hesab edirlər. “Koronavirus bir şayiədir” deyən insanlar da var. Lakin biz bu cəmiyyətdə yaşayırıqsa, virus tüğyan edirsə, qaydalara əməl etməsək, hər birimizin ona yoluxma ehtimalı yüksəkdir.

Qrip hər zaman mövcud idi, koronavirus isə yeni ortaya çıxan bir virusdur. Onların hər ikisi yuxarı və aşağı tənəffüs yolları infeksiyalarına, pnevmoniyaya səbəb olur və klinik əlamətləri bənzərdir. Bütün əlamətlər hamısı bir insanda görünməyə bilər. Hərarət, ağciyər tutulması, boğaz ağrısı, qarın ağrısı, iştahasızlıq, halsızlıq, baş ağrısı kimi şikayətlər hər iki virusda görülə bilər. İybilmə, dadbilmə kimi əlamətlərin itməsi daha çox koronavirusa aiddir. Lakin bu, o demək deyil ki, həmin şikayətləri olmayan xəstə virusa yoluxmayıb. Bu iki virusu ayırd etmənin yeganə yolu laborator diaqnostikadır.

Əlamətləri hiss etdikdə ilkin olaraq həkim müayinəsindən keçmək lazımdır. Xəstəlik hər insanda fərqli formada keçir. Klinik əlamətlərin başlandığı günə əsaslanaraq həkim tərəfindən anamnez toplanmalıdır. Erkən dönəmdə diaqnostika üçün yaxma götürülməsi vacibdir. Nəticəyə əsasən xəstəliyin olub-olmadığına qərar verə bilərik. Test nəticəsi neqativ olsa da, xəstəliyin klinik əlamətləri varsa və xəstədən şübhələniriksə, o zaman ağciyərin kompüter tomoqrafiyasına (KT) ehtiyac yaranır. Virusun ağciyərdə bir görüntü yaratması, bir iltihab formalaşdırması üçün müəyyən bir zaman lazım olduğunu nəzərə alsaq, pasiyent xəstəliyin simptomlarının başlamasından 4-5 gün sonra KT olunarsa, o zaman ağciyərdə bir tutulumu görə bilərik. Virusun ağciyəri zədələmədiyi hallar da olur. Bu xəstəlik daha yüngül formada keçəndə mümkündür. Ümumiyyətlə isə bu virus təkcə ağciyərə deyil, bütün orqanizmə təsir edir”.

Həkim-infeksionist vətəndaşları qaydalara riayət etməyə və məsuliyyətli davranış sərgiləməyə səsləyib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO