Azərbaycan Dövlət İnformasiya Agentliyi

Həkim-stomatoloq: Yetkinlərdə diş itkisinə 70 faiz hallarda diş əti xəstəlikləri səbəb olur

Həkim-stomatoloq: Yetkinlərdə diş itkisinə 70 faiz hallarda diş əti xəstəlikləri səbəb olur

Bakı, 12 oktyabr, AZƏRTAC

Səhiyyə Nazirliyinin mütəxəssisi, həkim-stomatoloq Nazim Pənahov stomatoloji xəstəliklər barədə sualları cavablandırıb. AZƏRTAC həmin müsahibəni təqdim edir.

- Diş əti xəstəlikləri nədir?

- Diş əti xəstəlikləri dövrün ən aktual problemlərindən sayılır. Diş əti xəstəlikləri dedikdə diş ətinin, başqa sözlə, dişi dəstəkləyən toxumaların iltihabi xəstəlikləri nəzərdə tutulur. Yetkinlərdə dişlərin itirilmə səbəblərinin 70 faizi məhz diş əti xəstəliklərindən qaynaqlanır. Həmin xəstəliklərə erkən mərhələdə diaqnoz qoyulduqda onlar asanlıqla və uğurla müalicə edilə bilər. Diş əti xəstəliyinin qarşısının alınması və ya erkən dövrlərində müalicəsi dişlərin qorunması baxımından vacib olduğu qədər, qidanı yaxşı çeynəmək və daha yaxşı həzm etmək nöqteyi-nəzərindən də çox böyük dəyər daşıyır.

Diş əti xəstəlikləri adətən diş ətinin iltihabı - gingivit ilə başlayır. Xəstəliyin ilkin mərhələsində diş ətlərinə toxunduqda və ya heç bir səbəb olmadan qanayır, rəngləri tünd-qırmızı olur və həcmcə böyüyür. Diş əti xəstəliyinin ilk və ən əhəmiyyətli əlaməti olan qanamaya səbəb dişlər üzərində yığılan və xəstəliyə səbəb olan bakteriyaların müəyyən bir dönəmdə diş ətini iltihablaşdırmasıdır. Bəzən xəstəliyin erkən dövrlərində çox narahatlığa səbəb olmasa da, müalicə edilməzsə, xəstəlik sonrakı mərhələdə parodontitin digər mərhələlərinə keçə bilər və dişləri dəstəkləyən alveol sümüyündə geridönməz dəyişikliklər yarada bilər. Ağızdan qan və irin qoxusunun gəlməsi, eləcə də diş ətialtı və diş ətiüstü diş daşlarının yığılması bu xəstəliyin sonrakı əlamətləri arasındadır.

- Diş əti xəstəliklərinin yaranma səbəbləri nələrdir?

- Diş əti xəstəliklərini ümumi orqanizm xəstəliyi kimi dəyərləndirmək lazımdır. Ona görə də diş əti xəstəliklərinə təkcə yerli, yalnız ağız boşluğunun problemi kimi baxmaq olmaz. Həkim xəstəliyin səbəbini araşdırıb tapdıqdan sonra ümumi orqanizm səviyyəsində müalicə olunsa, daha effektiv və stabil nəticə almaq olur. Diş əti xəstəliyi olanların 30 faizinin ailələrində də bu problemlərin olduğu müəyyən edilib. Məlumdur ki, ağız və diş qulluğuna ciddi əhəmiyyət verməyənlər diş ətinin xəstəliyinə digərlərindən 6 qat daha çox məruz qalırlar.

Bir çox xəstəliyin etioloji faktoru olan siqaret diş ətinin də problemlərinə səbəb olur və diş əti xəstəliklərinin inkişafına yol açır. Bədənin infeksiyalara qarşı müdafiəsiz qalmasına səbəb olan stres, diş əti xəstəliklərinin yaranmasında da təsirlidir.

Bədənin immunitetini gücləndirmək üçün qida maddələrinə diqqət yetirmək lazımdır. Buna məhəl qoyulmadıqda orqanizm xəstəliklərə qarşı həssas olur. Zərərli qida vərdişləri və infeksiyaların əmələ gəlməsini sürətləndirən metabolizm pozulmaları və artıq çəki ilə mübarizə aparılmazsa, diş ətinin xəstəliklərinin də inkişafının qarşısı alınmaz. Bununla yanaşı bədəndə bəzi vitaminlərin əskikliyi də diş əti problemlərinə səbəb olur.

Diş əti xəstəliyinin erkən mərhələlərini lazımi diş məcunu, diş fırçası, diş sapından daimi istifadə və düzgün təmizləmə texnikasına riayət etməklə önləmək olar. Mütəmadi aparılan stomatoloji müayinələr ilə diş əti xəstəliklərinin qarşısı alına bilər.

- Ortodontik problemlər hansılardır?

- Ortodontiya, diş-çənə anomaliyalarının müalicəsi və profilaktikası ilə məşğul olan bir sahədir. Ortodontiyada dişlərin, diş sıralarının, əngin və çənənin düzgün münasibəti və ideal estetik nizamına nail olmaq üçün müalicə aparılır. Hazırda ortodontik problemlərin hansı yaşda müalicə olunması ciddi problem olmasa da, ancaq diş-çənə anomaliyasının fəsadlarının qarşısını almaq üçün erkən yaşlarda aparılan müalicə daha vacibdir. Diş-çənə anomaliyalarının bir çox səbəbi ola bilər. Dişlərin vaxtından əvvəl çəkilməsi, dişlərin anomal quruluşu, dar əng və ya çənə bu amillərdəndir. Həmçinin bəzi diş-çənə anomaliyaları irsi olaraq da valideynlərdən uşağa ötürülə bilər. Bu vəziyyətdə uşağı erkən yaşlarından mütəmadi olaraq diş həkiminə aparmaq lazımdır. Bəzi zərərli vərdişlər də anomaliyaların formalaşmasına təsir edir. Baş barmağı, yanağı və ya dodaqları gəmirmək, əmzikdən uzun müddət istifadə etmək, qələmi dişlər arasında tutaraq dişləmək kimi vərdişlər buna nümunədir.

- Ortodontik problemlərin qarşısını necə almaq olar?

- Uşaq qaşıqla qidalanmağa keçdiyi zamandan əmzik istifadəsini dayandırmaq lazımdır. İrsi diş problemlərinin qarşısını almaq mümkün olmasa da, belə halda erkən müalicəyə başlamaq lazımdır. Süd dişləri daimi dişlərin öz normal yerinə çıxması məqsədilə üz-çənə skelet sistemini hazırladığı üçün onların erkən, vaxtı çatmadan çıxarılması da ciddi problemlərə səbəb olur. Uşaq yaşlarından dişlər gündəlik fırçalanmalı və qulluqlarına laqeyd yanaşmamalıyıq. Ortodontik müalicə dişlərin görünüşünü yaxşılaşdırır və gözəl bir təbəssümü təmin edir. Ancaq düzgün diş-çənə quruluşu təkcə estetik görünüşü təmin etmir, həm də çeynəmənin rahat və nitqin səlis olmasına köməklik edir. Anomal yerləşən dişlərin düzəldilməsi ağız sağlamlığı üçün də vacibdir. Dişlərdəki sıxlıq, əyrilik dişlərinizin dayaq aparatını zəiflədə bilər ki, bu da ağız sağlamlığı üçün risk deməkdir. Diş-çənə anomaliyası müalicə edilməzsə, dişlərin kariyesi, diş əti xəstəliyi, diş itkisi, nitq və çeynəmə qüsurları, gicgah-çənə oynağının problemləri kimi narahatlıqlara yol aça bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

G7 liderləri Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi barədə razılığa gəliblər

Zelenskinin ABŞ Prezidenti ilə görüşəcəyi gözlənilir

Dünya çempionatı: Norveç qələbə qazanıb

Avropa Parlamenti aviareyslərdə pulsuz əl yükü ilə bağlı yeni qaydaları dəstəkləyib

Mbappe Fransa millisinin tarixində ən çox qol vuran futbolçu olub

Ordubadda 538 abonentin təbii qaz təchizatı dayandırılıb

Vens: ABŞ-İran razılaşması İsrail, Livan və Körfəz ölkələrini də əhatə edəcək

Fransa dünya çempionatında Seneqalı məğlub edib

Mbappe dünya çempionatlarında vurduğu qolların sayına görə Peleni geridə qoyub

Pekin Böyük Britaniyadan Çin şirkətlərinə qarşı sanksiyaların ləğvini tələb edib

CNN: ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verib

İran İsraili Livanda atəşkəsi pozmağı dayandırmayacağı təqdirdə, sərt cavab verəcəyi ilə hədələyib

Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq

FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb

Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq –  EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı kənd təsərrüfatında ekstensiv modeldən intensiv modelə keçidi ehtiva edir VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı kənd təsərrüfatında ekstensiv modeldən intensiv modelə keçidi ehtiva edir VİDEO

NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək

Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək

Nazir: Aqrar sahəyə yatırılacaq investisiyanın 3,7 milyard manatı özəl sektorun, 2,2 milyard manatı isə dövlətin payına düşür VİDEO

Nazir: Aqrar sahəyə yatırılacaq investisiyanın 3,7 milyard manatı özəl sektorun, 2,2 milyard manatı isə dövlətin payına düşür VİDEO

Məcnun Məmmədov: Azərbaycan sabitliyi, coğrafi mövqeyi və təşviq mexanizmləri ilə xarici investorlar üçün münbit şərait yaradıb VİDEO

Məcnun Məmmədov: Azərbaycan sabitliyi, coğrafi mövqeyi və təşviq mexanizmləri ilə xarici investorlar üçün münbit şərait yaradıb VİDEO

Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu təşkil olunub

Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib

Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik

Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir

Məcnun Məmmədov: İşğaldan azad olunmuş ərazilərdə minimal əkin sahəsi hədəfi 5 hektardır VİDEO

Məcnun Məmmədov: İşğaldan azad olunmuş ərazilərdə minimal əkin sahəsi hədəfi 5 hektardır VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur -  EKSKLÜZİV VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur - EKSKLÜZİV VİDEO

Kənd təsərrüfatı naziri: Aqrar sahədə yeni subsidiya alətləri, süni intellekt və rəqəmsallaşma tətbiq ediləcək - EKSKLÜZİV VİDEO

Kənd təsərrüfatı naziri: Aqrar sahədə yeni subsidiya alətləri, süni intellekt və rəqəmsallaşma tətbiq ediləcək - EKSKLÜZİV VİDEO

Azərbaycan və Əlcəzair iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını dəyərləndirib

Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub

“Qarabağ” növbəti transferini gerçəkləşdirib

Bu saata olan əsas xəbərlər

Azərbaycanda ilk dəfə olaraq istixana üzrə ixtisaslaşmış aqroparkın yaradılması nəzərdə tutulur

Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək

Tovuzda 22 yaşlı oğlan çayda batıb

Sahib Paşazadə Özbəkistan Dövlət Konservatoriyasında Dövlət İmtahan Komissiyasına sədrlik edib

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib

Ekspertiza İssık-Kul gölündə Formula 1 yarışlarının keçirilməsinin təhlükəsiz olduğunu təsdiqləyib

“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Dövlət Baxçalı: Zəngəzur dəhlizi Türk dünyasının Qərbi ilə Şərqini birləşdirən strateji həlqədir

IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır VİDEO

IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır VİDEO

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO

Azərbaycan hərbçiləri “Qafqaz Qartalı - 2026” təlimində iştirak edirlər

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir VİDEO

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir VİDEO

Böyük Britaniya ilə Aİ arasında ikinci sammitin keçiriləcəyi tarix məlum olub

Bölgələrdə 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir

Baş icraçı direktor: Qlobal halal şəbəkəsinin yaradılması çox vacibdir

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk VİDEO

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk VİDEO

Füzulidə özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara infotur təşkil edilib

Nazir: Nigeriya halal iqtisadiyyatı çərçivəsində dayanıqlı inkişaf məqsədlərinə töhfə vermək niyyətindədir

Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Energetik içkilər adi sərinləşdirici içkilər deyil: İstehlakçılar nələrə diqqət etməlidirlər?

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək VİDEO

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək VİDEO

Şahzadə Corc illik təhsil haqqı 63 min funt sterlinq olan Eton Kollecində oxuyacaq

Milli Süni İntellekt Mərkəzi ölkə gənclərinin süni intellekt savadlılığının artırılmasını dəstəkləyir

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

Sərginin kuratoru: Ortaq sənət növlərimiz Azərbaycan-Türkiyə qardaşlığının mühüm təzahürüdür

İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq

Baş prokuror Naxçıvan Muxtar Respublikasında vətəndaşları qəbul edib

Vens: Körfəz ərəb ölkələri İranla sülh planına Yaxın Şərqdə yeni dövrün başlanğıcı kimi baxır

ABŞ Rusiya neftinin tədarükü ilə bağlı sanksiyaları bərpa etməyi planlaşdırır

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Həm sakinlər güvəndə, həm heyvanlar - Oğuzun “Yuva” sığınacağından reportaj

“Masdar”: Azərbaycan xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevrilib

Daşkənddə Azərbaycan və Özbəkistanın Baş nazirlərinin iştirakı ilə ikitərəfli sənədlər imzalanıb

Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb

İşğal dövründə Azərbaycanın mədəni və dini irsi sistemli vandalizmə məruz qalıb

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Məhkəmə Ekspertizası Mərkəzi ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Xırdalanda yeni kanalizasiya kollektoru inşa edilir

Milli Məclisin komissiyası: Fransanın Azərbaycana qarşı özündə hibrid təhdidləri ehtiva edən fəaliyyətləri davam edir

Zaur Əliyev: 10 ildə aqrar sektorda 37,8 faiz artım olub

Orxan Məmmədov: Bakıda forumda qurulan əlaqələr gələcəkdə qlobal halal ekosisteminin inkişafına töhfə verəcək

Təbiət ərazilərində epizootoloji monitorinqlər keçiriləcək

Baş icraçı direktor: Yaxın illərdə qlobal halal istehlak bazarının 6 trilyon dollara çatacağı proqnozlaşdırılır

Birol Akgün: Türkiyə ilə Azərbaycan mədəni və mənəvi dəyərlər baxımından bir-birinə çox yaxındır

MODON: Səudiyyə Ərəbistanının müəssisələr üçün dəstək mexanizmləri investisiyaların cəlb olunmasına xidmət edir

“Dar Al Halal Group”: İslam maliyyəsinin əsas xüsusiyyətlərindən biri onun faizsiz maliyyələşdirmə prinsiplərinə əsaslanmasıdır

İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək

Xarici dövlətlərdə ali təhsil almış şəxslər peşə tanınması üzrə imtahan veriblər

Oksford Universitetində keçirilən beynəlxalq liderlik təlimində ADPU təmsil olunub

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır VİDEO

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır VİDEO

Xalid Xələfulla: İİB halal iqtisadiyyatı dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün mühüm platforma hesab edir

Gökhan Seyhan: Təsviri sənət və miniatür hər iki ölkənin zəngin mədəni irsini əks etdirir

Göyçayda leysan və güclü küləyin vurduğu fəsadlar aradan qaldırılır VİDEO

Göyçayda leysan və güclü küləyin vurduğu fəsadlar aradan qaldırılır VİDEO

“Masdar”: Azərbaycanın yaşıl enerji sahəsində uğurunun əsasında dövlətin qətiyyətli mövqeyi dayanır

SOCAR-ın vitse-prezidenti: Regional enerji bazarlarının inteqrasiyası vacibdir

Erməni dərsliklərində nifrət dilinin təbliği ciddi narahatlıq doğurur RƏY

Mosaedah Al-Drees: Halal iqtisadiyyatın inkişafı yeni istehsal sahələrinin yaradılmasına şərait yaradır

Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb

“Ümumi təhsil haqqında” Qanuna təklif edilən dəyişikliklər Milli Məclisin iclasına tövsiyə olunub

CECECO: Azərbaycan regional enerji əməkdaşlığının gücləndirilməsində aparıcı rol oynayır

“Mediada Azərbaycan dili” proqramının yekun mərhələsi təşkil olunub

BMU-dan abituriyentlər üçün yeni fürsət: prioritet sahələr üzrə 3 ikili diplom proqramı

Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir

“ACWA Power”: Enerji sektorunda ölkələr üçün vahid model yoxdur

Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib