Azərbaycan Dövlət İnformasiya Agentliyi

Həkimə edilən müraciətin gecikməsi xəstənin həyatını təhlükə qarşısında qoyur

Həkimə edilən müraciətin gecikməsi xəstənin həyatını təhlükə qarşısında qoyur

Bakı, 6 noyabr, AZƏRTAC

Ötən ilin axırlarında Çinin Hubey əyalətində başlayan yeni növ koronavirus (COVID-19) infeksiyası bir ilə yaxındır ki, bəşəriyyətə qənim kəsilən ən böyük düşmən olaraq qalır. Onunla aparılan mübarizə bir qədər zəifləyən kimi infeksiyanın yeni dalğası baş qaldırır. Son vaxtlar payız-qış mövsümünün gəlişi ilə əlaqədar respirator xəstəliklərlə yanaşı, COVID-19-a yoluxma sayında da artım müşahidə olunur.

AZƏRTAC xəbər verir ki, Bakıdakı 6 nömrəli poliklinikanın terapiya şöbəsinin müdiri Gülsarə Sadıqova mövcud vəziyyətin kifayət qədər ciddi narahatlıq doğurduğunu bildirib. Onun dediyinə görə, indi daha çox sayıqlıq nümayiş etdirmək, ikiqat məsuliyyətli olmaq zamanıdır: “Tarixi Azərbaycan torpaqları 27 il erməni işğalı altında qaldıqdan sonra Milli Ordu əsgərlərinin fədakarlığı və rəşadəti hesabına azad edilir. Bu gün uşaqdan-böyüyə, azyaşlıdan ixtiyar qocaya qədər hamının fikri savaş cəbhəsinə yönəlib. Bu, başadüşüləndir. Bu günü illərboyu hər birimiz gözləmiş, arzu eləmiş və onun həsrəti ilə alışıb-yanmışıq. Çox-çox şükürlər ki, dualarımız yerdə qalmadı. Hər gün cəbhədən alınan xoş xəbərlər bizi sevindirir, düşmən əsarətindən xilas edilən torpaqlarımız qəlbimizi qürur və iftixar hissi ilə doldurur. Döyüş cəbhəsində əldə edilən uğurlar bizi hədsiz dərəcədə sevindirsə də, arxa cəbhəni də unutmamalıyıq. Bunu heç kəs unutmamalıdır ki, ön cəbhə həmişə arxa cəbhəyə söykənir. Əsgər arxa cəbhədən arxayın olmalıdır ki, onun fikri evdə, ailəsinin yanında qalmasın. O, bilməlidir ki, arxa cəbhədə hər şey qaydasındadır və burda hamı onun hünər və rəşadətini dəstəkləyir. Belə olanda əsgərin fikri yalnız azğın düşməni məhv etməyə, onu tarixi torpaqlarımızdan qovub çıxarmağa yönələcək. Ona görə də biz də burda ayıq-sayıq dayanmalı, koronavirusla mübarizədə qətiyyən arxayınçılıq hissinə yol verməməliyik. Necə ki, ön cəbhədə məğlubiyyətlə barışmayaraq azğın düşmən Qarabağ torpağının qəhrəman müdafiəçilərinə, cəsur əsgərlərimizə zərbə vurmaq üçün fürsət, girəvə gözləyir, eləcə də yeni növ koronavirus infeksiyası da sağlamlığa xətər yetirmək üçün məqam axtarır. Bu məqamı isə ona səhlənkarlıq, ehtiyatsızlıq, arxayınçılıq və sayıqlıq hissinin itirilməsi verir. Biz gigiyenik qaydalara lazımi səviyyədə əməl etməyəndə, qapalı məkanlarda, tünlük olan yerlərdə, dükan-bazarda, nəqliyyat vasitəsində maskadan istifadəni unutduqca, sosial məsafə saxlamadıqca, çox təmasa girdikcə gözəgörünməz düşmənə əlverişli fürsət vermiş oluruq. Sayıqlıq hissinin azaldılması pandemiyaya yoluxmaq təhlükəsini artırır. Üstəlik digər infeksiyalardan fərqli olaraq COVID-19-un təbiəti elədir ki, azacıq bir ehtiyatsızlıqdan da istifadə edir. Məhz buna görə də xüsusən ictimai yerlərdə maskasız hərəkət etmək yolverilməzdir. Maska taxmağı unudan və ya etinasız yanaşana da bunu anlatmaq və vacibliyini başa salmaq lazımdır”.

Həkim-terapevt deyib: “Payız-qış mövsümündə respirator xəstəliklərin artması gözlənilən idi. Təəssüf ki, ölkəmizdə COVID-19-a yoluxanların çoxluğu daha erkən - hələ havaların isti keçdiyi, soyuqlar düşmədiyi vaxtlardan başlanıb. Narahatlıq doğuran hallardan biri də odur ki, bəzən xəstəliyin ilkin əlamətləri ilə üzləşənlər onu gizlətməyə və ya infeksiyaya yoluxmadığı barədə özünü inandırmağa çalışır. Halbuki erkən və vaxtında həkimə və tibb müəssisəsinə müraciət edilməsi daha düzgün olardı. Təəssüf ki, əksər hallarda iş işdən keçəndən, xəstəlik tamam taqətdən salandan sonra həkim qapısına pənah aparanlarla çox rastlaşırıq. Bu, xəstənin sağalacağına gümanı azaltdığı kimi həkimi də çətin vəziyyətdə qoyur. Təcrübə göstərir ki, xəstə virusa yoluxanda 5-7 gün ərzində ilkin əlamətlər özünü göstərir. Əlamətlər büruzə verən kimi yubanmadan sahə həkiminə müraciət edilməlidir. Gecikmə zamanı pnevmoniya ortaya çıxa, tənəffüs çatışmazlığı yarana bilər. Həmin mərhələdə müraciətin gecikməsi xəstənin həyatını təhlükə qarşısında qoyur”.

“Təəssüflə qeyd etmək istəyirəm ki, əksər hallarda maskanın düzgün taxılmaması halları ilə də rastlaşırıq. Əvvəla, peyvəndin tapılmadığı, başqa konkret müalicə vasitələrinin olmadığı bir şəraitdə qaydalara əməl edilməsi, o cümlədən qoruyucu maskanın taxılması yeganə mühafizə vasitəsi olaraq qalır. Bir var sürücünün avtomobil müfəttişinin cərimə yazmamağı üçün kəmər taxmağı, bir də var öz təhlükəsizliyini qorumaq üçün. İntizamlı sürücü bunu öz təhlükəsizliyi naminə etdiyi kimi, sağlamlığı qayğısına qalan vətəndaş da maskanı düşünərəkdən özünü və ətrafdakıları qorumaq üçün taxır. Maska taxarkən çalışmaq lazımdır ki, burunun üzəri də örtülsün, əks halda infeksiya mənbəyi tam bağlanılmamış qalır. Hava-damcı yolu ilə yayılan infeksiyalar zamanı həm udlaq, həm də qırtlaq bağlanılmalıdır ki, virus selikli qişa vasitəsilə orqanizmə daxil olmasın. Əllərin antiseptik vasitələrlə silinməsi, sosial məsafənin qorunmasına da mühüm şərtlərdən biri kimi ciddi şəkildə riayət edilməlidir”, -deyə şöbə müdiri bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Vüqar Mustafayev: Təhlükəsizlik bilik, mühəndislik qabiliyyəti və istehsal gücü üzərində formalaşır

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına

“Neftçi” basketbol klubu Avropa Kubokunda cavab oyununa çıxır

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Hikmət Babaoğlu: Xaqani Şirvaninin 900 illiyi böyük şairin irsini yenidən kəşf etmək imkanıdır

Seçmə mərhələ: Azərbaycanın U-21 millisi Şotlandiya səfərində

Bakıda “Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş olub

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb

Lənkəranın 6 kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq

BDU dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında mövqeyini yaxşılaşdırıb

Nəsimi rayonunun bəzi küçələrində qaz təchizatında fasilə yaranacaq

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası