Həmkəndlisinin evindən oğurluq edən şəxs cinayət məsuliyyətinə cəlb olunub
Bakı, 4 mart, AZƏRTAC
Zaqatala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən Aşağı Tala kənd sakini martın 2-də evinin həyətyanı sahəsindən 7 kisə fındığın oğurlanması barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, müraciət əsasında rayon polis şöbəsi əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq edən şəxs müəyyən olunub. O, şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilib.
Həmin şəxslə bağlı aparılan araşdırmalar zamanı onun Zaqatala rayon sakini 29 yaşlı Mühiddin Tahirov olduğu müəyyənləşib. Dindirilmə zamanı M.Tahirov ümumi çəkisi 210 kiloqram olan 7 kisə fındığı oğurladığını etiraf edib.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]