Həndbol hakimlərimiz nüfuzlu yarışlarda
Bakı, 21 aprel, AZƏRTAC
Beynəlxalq dərəcəli həndbol hakimlərimiz ölkəmizi daha bir nüfuzlu yarışda təmsil edəcəklər.
Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Avropa Həndbol Federasiyası kuboku uğrunda turnirdə referilər Ernest və Emil Ağakişi Rumıniyanın kişilərdən ibarət “Minaur Baia Mare” və İsveçin “Alinqsas HK” komandaları arasında keçiriləcək görüşə təyinat alıblar.
Hakimlərimiz Rumıniyanın Maramureş şəhərinin “Sala Polivalenta Laskar Pana” arenasında təşkil olunacaq yarımfinal görüşünü idarə edəcəklər. Gərgin mübarizə vəd edən qarşılaşma aprelin 23-də keçiriləcək.
Xatırladaq ki, Ernest və Emil Ağakişi Avropa Həndbol Federasiyasının bayrağı altında keçirilən turnirlərin daimi iştirakçılarıdır. Hakimlərimizin beynəlxalq yarışlarda kifayət qədər təcrübəsi var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]