Həndbol üzrə milli komandalarımız hazırlığa başlayıblar
Bakı, 9 fevral, AZƏRTAC
Azərbaycanın kişi və qadınlardan ibarət həndbol üzrə yığma komandaları məşqlərə başlayıb.
Azərbaycan Həndbol Federasiyasından AZƏRTAC-a verilən xəbərə görə IV İslam Həmrəyliyi Oyunlarının həndbol yarışlarında iştirak edəcək yığma komandalarımız “ABU Arena”da hazırlıq keçirlər. Kişilərdən ibarət komandaya yeni idmançıların cəlb olunması üçün təlim-məşq toplanışı təşkil olunub. Yaxın günlərdə heyət müəyyənləşəcək.
Hər gün davam etdirilən hazırlığın yüksək səviyyədə keçirilməsi üçün federasiyanın prezidenti Saleh Məmmədov xüsusi diqqət və qayğı göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]
Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 06.10.2026 [11:09]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinin təyinatları açıqlanıb
- 06.10.2026 [10:57]