Hərbi Hava Qüvvələrində NATO-nun mobil qrupu tərəfindən təlim kursu keçirilir
Bakı, 4 sentyabr, AZƏRTAC
Hərbi Hava Qüvvələrində NATO-nun mobil təlim qrupu tərəfindən müxtəlif aidiyyəti mövzular üzrə təlim kursu keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kurs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2017-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən keçirilir. Hərbi Hava Qüvvələrinin hərbi qulluqçularının iştirak etdiyi təlim kursu sentyabrın 8-dək davam edəcək.