Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hərbi Tibb İdarəsində tədbir: Heydər Əliyev və Azərbaycan Həmkarlar İttifaqları

Bakı, 26 may, AZƏRTAC

Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Hərbi Tibb İdarəsində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı tədbir keçirilib.

Nazirliyin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Zakir Müslümov, Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi tibb xidməti general-mayoru Firudin Nəbiyev və qonaqlar əvvəlcə Baş Klinik Hospitalın həyətində Ulu Öndərin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə tər qızılgüllər düzüblər.

AZƏRTAC xəbər verir ki, Tibb Baş İdarəsinin akt zalında reallaşan tədbirdə nazirliyin birlik, birləşmə, idarə və müəssisələrdə çalışan həmkarların sədrləri, hərbçilər və başqa qonaqlar iştirak ediblər.

Tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Ulu Öndərin həyatı və siyasi fəaliyyətini əks etdirən qısametrajlı sənədli film nümayiş olunub.

Müstəqil Azərbaycanın qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Prezident İlham Əliyevin Sərəncamına əsasən ölkəmizdə 2023-cü il “Heydər Əliyev İli” elan olunub. Bu məqsədlə ölkəmizin hər yerində Ulu Öndərin xatirəsinə ehtiram olaraq silsilə tədbirlər keçirilir. Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində keçirilən tədbir də Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin keçirdiyi silsilə tədbirlərin davamıdır.

Məruzə ilə çıxış edən Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Zakir Müslümov bildirib ki, Ulu Öndər Heydər Əliyevin həm sovet Azərbaycanına, həm də müstəqil Azərbaycan Respublikasına rəhbərliyi dövründə xalqımızın qarşısında əvəzsiz xidmətləri olub. İlk dəfə 1969-cu ildə əvəzolunmaz lider Heydər Əliyev respublikamıza rəhbər təyin olunanda keçmiş sovet respublikaları arasında Azərbaycan ən geridə qalmış respublikalardan biri olub. Ulu Öndər Azərbaycana rəhbər təyin ediləndən sonra kənd təsərrüfatı, sənaye, iqtisadiyyat sahələri sürətli inkişaf mərhələsinə qədəm qoyub.

Zakir Müslümov çıxışına əlavə olaraq qeyd etdi ki, 1992-1993-cü illərdə ölkəmizdə siyasi hakimiyyətin yarıtmaz fəaliyyəti nəticəsində Azərbaycan vətəndaş müharibəsi həddinə çatmışdı. Ölkə bir neçə yerə parçalanmaq üzrə idi. Dövlətçiliyimizin və xalqın bu ağır günündə nicat ancaq Heydər Əliyevə idi və Ulu Öndər hakimiyyətə gələrək Azərbaycanı vətəndaş müharibəsindən və parçalanmaqdan xilas etdi.

Müstəqilliyimizin ilk illərində Respublika Həmkarlar İttifaqı fəaliyyətini dayandırsa da, xalqın təkidli tələbi və xahişi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində təşkilatımız fəaliyyətini bərpa etdi.

Tibb Baş İdarəsinin rəisi tibb xidməti general-mayoru Firudun Nəbiyev çıxışında Azərbaycan xalqının görkəmli ictimai-siyasi xadimi Heydər Əliyevin dövlətçiliyimizə verdiyi töhfələrdən danışıb. İdarə rəisi Müdafiə Nazirliyində hərbi tibb kadrlarının hazırlanmasında, hərbi tibb müəssisələrinin yaradılmasında müstəsna xidmətləri olduğunu bildirib. Ulu Öndərin ölkəmizə rəhbərliyi dövründə hərbi tibb fakültəsinin yaradıldığını, fakültənin nəzdində feldşerlər məktəbinin və rezidenturanın fəaliyyət göstərdiyini deyib: “Hazırda ordumuzun tibb müəssisələrində xidmət edən tibb işçilərinin əksəriyyəti bu fakültənin məzunlarıdır. Qardaş Türkiyə Respublikasında və başqa xarici ölkələrdə hərbi tibb təhsili almaq üçün hər il gənclər göndərilib. Ordumuzun tibb kadrları ilə təmin olunmasında Ulu Öndərin xidmətləri bununla məhdudlaşmır. Müasir Azərbaycan Ordusu məhz Heydər Əliyevin əvəzsiz xidmətləri sayəsində güclü, qüdrətli bir ordu kimi formalaşmağa başlamışdı. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Ulu Öndərin siyasi kursunun layiqli davamçısı İlham Əliyev də ordu quruculuğuna xüsusi diqqət ayırmış və ordumuz dövrün tələblərinə cavab verən səviyyəyə yüksəlmişdir”.

Respublika Həmkarları Komitəsinin aparat rəhbəri Şaiq Əhmədov Ulu Öndərin ordu quruculuğuna verdiyi töhfələrdən söz açıb. O, Həmkarlar Komitəsinin şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, müharibə iştirakçılarına verilən yardımlar barədə məlumat verib.

Tədbirdə çıxış edənlər Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin rəisi tibb xidməti polkovniki Rahim Məmmədov, Müdafiə Nazirliyi Sanitar Epidemioloji Nəzarət Mərkəzinin rəisi tibb xidməti polkovniki Müşviq Hümbətov, ehtiyatda olan polkovnik İsa Qasımov, ilk həmkarlar ittifaqları təşkilatının sədrləri Yaqut Həsənova, Sahib Əsədov, İsabala Gölmətov, Daşdəmir Əliyev və başqaları Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçiliyimizin inkişafı naminə gördüyü işlərdən söz açıblar. Ulu Öndərlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.

Ulu Öndərin siyasi kursunun davamçısı, dövlətimizin başçısı İlham Əliyev ata vəsiyyətinə əməl edərək işğalda olan torpaqlarımızı azad etməklə Azərbaycanın ərazi bütövlüyünü bərpa edib. Azərbaycan xalqı hər zaman Ulu Öndər Heydər Əliyevin ideyalarını yaşadacaq və xatirəsini böyük ehtiramla yad edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Günəş Tegin: Səməd Vurğunun məşhur “Aygün” poeması dərin məzmunu ilə hər zaman diqqətimi cəlb edir

Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq genişləndirilir

XİN-dən son məlumat: Azov dənizində dron hücumları ilə bağlı ölənlərin və yaralananların sayı açıqlandı

Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir

Akademik Rasim Əliquliyev: Milli kibertəhlükəsizliyin əsas hədəflərindən biri də insan hüquqlarının təmin olunmasıdır

Kolumbiya Xarici İşlər Nazirliyi seçki prosesinə xarici müdaxilə cəhdlərini rədd edib

Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur

Faktiki hava: Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur

May ayında ölkədə maksimal temperatur Kürdəmirdə, minimal temperatur isə Şahdağda qeydə alınıb

Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib

XİN: Azov dənizindəki dron hücumunda xəsarət alan Azərbaycan vətəndaşlarına konsulluq dəstəyi göstərilir

Qusarlı oxucular üçün müxtəlif mövzularda və dillərdə kitablar, yeni nəşrlər sərgilənib

MDU-nun rektoru: Yaşıl gələcək dövlət siyasətinin, elm və təhsilin ortaq strateji nəticəsidir

Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar

Nazir: Azərbaycan kənd təsərrüfatı dəyər zənciri boyunca kompleks tədbirlər həyata keçirir

Türkiyənin Qars Barosu və Eskişehir Barosunun nümayəndə heyətləri Azərbaycanda səfərdədir

Türkiyə sərhəd bölmələri termal kameralarla təchiz olunmuş yüzlərlə dronla təchiz edilib

Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb

Zaqatalalı fermerlər Dövlət Proqramından irəli gələn məsələlərin uğurlu icrasına töhfələrini verəcəklər

Xəzər Süleymanlı: Azərbaycan poeziyasına həsr olunan tədbirlərin keçirilməsi sevindirici haldır

Türkiyə şəhərsalma layihəsi üçün 191,5 milyon avro cəlb edib

Gəncədə Azərbaycan–Aİ əməkdaşlığının 30 illiyi qeyd olunur

Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək

Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib

Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub

Azərbaycan və Türkmənistan arasında mədəni platformalar çərçivəsində əməkdaşlığın inkişafı müzakirə edilib

Aİ komissarı üzv ölkələri sərhəd nəzarətini mərhələli şəkildə ləğv etməyə çağırıb

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Əməkdar artist: Səməd Vurğunun zəngin ədəbi irsi yaşadıqca, adı da daim yaşayacaq

"Şamaxı" legioner futbolçu ilə vidalaşıb

Naxçıvanda Vl siniflər üzrə monitorinqdə 5 minə yaxın şagird iştirak edib FOTOLAR

Macarıstanda aztəminatlı ailələrdən tamamlanmamış layihələrə görə milyonlarla forint geri tələb oluna bilər

Vüqar Hacıyev: Yaradıcılıq gecəsində Vaqif obrazını canlandırmaq mənə xüsusi fəxr hissi yaşatdı

Küveyt Beynəlxalq Hava Limanı müvəqqəti məhdudiyyətdən sonra uçuşları bərpa edib

PUA hücumu nəticəsində Livan generalı ölüb

İcraçı vitse-prezident: Xəzər dənizinin ətrafında avtomobillərin festivalı maraqla qarşılanıb

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” - KONFRANS

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib

Binədə mağazada yanğın baş verib VİDEO

Binədə mağazada yanğın baş verib VİDEO

Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb

ABŞ Məzunları Sərgisində 45-dən çox ABŞ universiteti və təhsil təşkilatları təmsil olunub

Prezident Sərdar Berdiməhəmmədov Türkmənistanın qardaş Azərbaycanla əməkdaşlığın inkişafına sadiq qaldığını bildirib

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO

Azərbaycan Qazaxıstanda keçirilən “AI Leaders 2026” proqramında iştirak edib

Qobustanda əmək yarmarkası: yeni vakansiyalar açıqlandı

QHT-lərə Dövlət Dəstəyi Agentliyi İstanbulda Sıfır Tullantı Festivalında təmsil olunur

Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramının məzunları ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Vəkillər Kollegiyasının Rəyasət Heyəti bir sıra qərarlar qəbul edib

Naxçıvanda iyun ayının pensiyaları ödənilib

Azərbaycan Mədəniyyəti Günləri: Aşqabadda qala-konsert təşkil edilib

Türkmənistanda Müstəqillik Günü və Azərbaycanın Mədəniyyət Günləri qeyd olunub

İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava

® Mərkəzi Gömrük Hospitalında “Səhiyyədə Peşəkar Davranış: Tibbi etika, deontologiya və effektiv komanda əməkdaşlığı” mövzusunda seminar keçirilib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb

Aşqabadda Səməd Vurğun sorağı

Ölkədə qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası ilk dəfə Ağstafada istifadəyə verilib

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb

Aşqabadda Əcəmi Naxçıvaninin 900 illiyi qeyd olunub

Azərbaycan nefti 99 dollara satılır

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

“Politico”: NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardımı müzakirə edir

Oğuzda fermer və sahibkarlarla müzakirələr aparılıb, təkliflər dinlənilib

Şəkidən Karaqandaya: diplomatiya yolunu seçən azərbaycanlı tələbənin hekayəsi

“Axios”: Vitkoff və Kuşner nüvə mütəxəssisləri ilə görüşüblər

İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirib

NYT: ABŞ mayda Hörmüz boğazından 100-dən çox gəminin keçidinə yardım edib

Kuril adaları yaxınlığında 5 bal gücündə zəlzələ baş verib

ABŞ Prezidenti: İran raket arsenalının 21-22 faizini qoruyub saxlayır

Tədqiqat: Manqrov meşələri bərpa olunur

Türkiyənin Rəqabət Şurası “Meta” şirkəti ilə bağlı araşdırmaya başlayıb

Tramp: İran məsələsini çox tez bir zamanda həll etməliyik

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı radar məntəqələrinə zərbələr endirib

İsveçdə seçkilər ərəfəsində miqrasiya mövzusu yenidən ön plana çıxır

Pentaqon: Avropa təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır

HƏMAS nümayəndə heyəti Qəzza ilə bağlı danışıqlar üçün Misirə gəlib

Almaniya və Fransa liderləri Avropa İttifaqının tezliklə genişləndirilməsinin tərəfdarıdırlar

ABŞ İran futbolçularına Dünya Kuboku üçün viza verib

Türkmənistanda “Azərbaycan milli irsinin inciləri” adlı sərginin açılışı olub

Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub

Qəbələdə fermerlər və kənd təsərrüfatı məhsulları istehsalçıları ilə görüş olub

Qara dənizdə Türkiyə bayrağı altında üzən balıqçı gəmisinə hücum olub: 1 ölü, 4 yaralı

Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani VİDEO

Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani VİDEO

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib

Heydər Əliyev Sarayında Səməd Vurğunun yaradıcılığına həsr olunan ədəbi-bədii tədbir

Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb

Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib VİDEO

Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib VİDEO

Türkiyədə “Qarabağdan Çanaqqalaya: Türkün zəfər yolu” layihəsi çərçivəsində ustad dərsi

Putin Zelenski ilə mümkün görüş barədə danışıb

“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib

Vladimir Putin iri şirkətlərin Moskvadan regionlara köçürülməsinin vacibliyini bəyan edib

Fidan Hacıyeva: Ardıcıl ikinci ildir ki, Azərbaycanı Vyetnamda qürurla təmsil edirəm

Neft və təsviri sənət: Səttar Bəhlulzadə - “Xəzərdə axşam” VİDEO

Neft və təsviri sənət: Səttar Bəhlulzadə - “Xəzərdə axşam” VİDEO

Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir

Türkiyənin ticarət naziri proteksionizmdən imtina etməyə və azad ticarəti dəstəkləməyə çağırıb

Almaniya, Fransa və Böyük Britaniya liderləri bazar günü Londonda Ukrayna Prezidenti ilə görüşəcəklər

Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq