Həştərxanda Xəzəryanı regionda turizmin inkişafına dair birinci beynəlxalq konfrans keçiriləcəkdir
Bakı, 13 dekabr (AZƏRTAC). Bakı İnformasiya-Turizm Mərkəzindən AZƏRTAC-a xəbər vermişlər ki, “Rusiya Federasiyasında daxili və gəlmələr üçün turizmin inkişafı (2011-2018-ci illər)” federal proqramının həyata keçirilməsi çərçivəsində bu il dekabrın 16-17-də Həştərxanda Xəzəryanı regionda turizmin inkişafına dair birinci beynəlxalq konfrans keçiriləcəkdir. Konfransın təşkilatçıları Rusiya Federasiyasının İdman, Turizm və Gənclər Siyasəti Nazirliyi, Federal Turizm Agentliyi, Həştərxan vilayətinin hökumətidir.
İştirakçılar - Xəzəryanı dövlətlərin (Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın), Rusiyanın (Moskvanın, Rusiyanın cənub bölgələrinin) işgüzar və siyasi dairələrinin nümayəndələri, BMT-nin ekspertləri turizm sahəsində Xəzəryanı əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.
Konfransın tematik diskussiyalarında Xəzəryanı regionda kruiz turizminin inkişaf etdirilməsi, Xəzəryanı regionun tarixi-mədəni irsinin qorunub saxlanması, Xəzəryanı regionun nüfuzunun yüksəldilməsi məsələlərinin müzakirəsi planlaşdırılır.
Konfransda Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov başda olmaqla nazirliyin nümayəndə heyəti iştirak edəcəkdir. Nümayəndə heyətinin tərkibinə Bakı İnformasiya-Turizm Mərkəzinin direktoru Zakir Əliyev, nazirliyin sektor müdiri Mahir Qəhrəmanov, “Geo trave” turizm firmasının baş direktoru İlkin Yetirmişli daxildirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]
Bakı–Tbilisi qatarının bərpası turizm sektorunu canlandıracaq
- 20.05.2026 [16:38]
Azərbaycanın qastroturizm imkanları beynəlxalq sərgidə təqdim olunub
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [17:11]